“Azərbaycan multikulturalizmi yeni bir elmdir, intellektual, yaradıcı sahədir”
23.01.2016 [10:58]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib.
K.Abdullayev “Multikulturalizm ili”nin əsas məqsədinin Azərbaycan xalqının birgəyaşayış, tolerantlıq ənənələrinin dünyaya daha geniş şəkildə təqdim edilməsi olduğunu bildirib: “Multikulturalizm özündə birgəyaşayış, çoxmədəniyyətlilik anlayışı ilə bərabər, şəfqət və mərhəmət hisslərini ehtiva edir. “Öz-özgə” qarşıdurması xalqımızın formalaşma tarixi boyunca özünün ən yumşaq şəklində təzahür olunub. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq və diqqət göstərilir”.
Akademik diqqətə çatdırıb ki, Azərbaycan multikulturalizmi yeni bir elmdir, intellektual, yaradıcı sahədir: “Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, mənəviyyatını, bu gününü və perspektivlərini özündə əks etdirir. Azərbaycan multikulturalizmi model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir. İndiyə qədər Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan multikulturalizmi modeli də tanınmaqdadır və onun kökündə azərbaycançılıq mədəniyyəti, intellekti və potensialı dayanır. Azərbaycanın multikulturalizm modeli işləkdir. Bu, dostlarımızı sevindirir, bədxahlarımızı isə qıcıqlandırır”.
“Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi, örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. Bu gün “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri, “Azərbaycan multikulturalizmi” dərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha vurğulayır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu ili “Multikulturalizm ili” elan etməsi - bütün Azərbaycan xalqının əsrlərdən bəri bu günə qədər bu istiqamətdə tolerantlıq, birgəyaşayış, başqa millətin, fərqli dinin nümayəndəsinə hörmət xüsusiyyətlərini əxz edərək küll halında dünya ictimaiyyətinə təqdim etmək məqsədi daşıyır: “Cənab Prezident məhz Azərbaycan xalqının və dövlətçiliyinin əsrlərdən bəri əldə etdiyi nailiyyətlərin multikulturalizm çərçivəsində dünyaya təqdim edilməsinə əsaslanaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu Sərəncamdan sonra bizim üzərimizə düşən vəzifə vətəndaş cəmiyyətimizi koordinasiya edib müvafiq qurumlarla bu istiqamətdə ümumi işi həyata keçirməkdən ibarətdir”.
Akademik K.Abdullayev bildirib ki, bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri sərbəstdir: “Azərbaycanda hansısa bir yəhudinin, xristianın, yaxud başqa dinə mənsub şəxsin yanından keçən azərbaycanlı ona nifrət hissi ilə yanaşmır və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır. Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma multikulturalizm ənənələri Azərbaycanda həmişə yaşayır və yaşayacaq”.
Dövlət müşaviri bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, AMEA və digər təşkilat və nazirliklərlə əməkdaşlıq edir və birgə təkliflər paketi üzrə işi yekunlaşmaq üzrədir: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təkliflər paketi yaxın zamanda ölkə Prezidentinə təqdim ediləcək”.
Akademik “Multikulturalizm ili” çərçivəsində BBMM-in xaricdə filiallarının yaradılacağını, universitetlərdə “Azərbaycan multikulturalizmi” kafedralarının açılacağını, bölgələrdə Yaradıcılıq fakültələrinin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra K.Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

