“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb
06.02.2016 [10:12]
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb. Bu, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır. Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb.
AZƏRTAC xəbər verir ki, oxucu ona təqdim edilən bu kitabda klassik şair və yazıçılarımızı tamamilə yeni bir rakursda görəcək. Bu baxımdan kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir.
Kitabın “Ön söz”ündə qeyd edildiyi kimi, “Eşqdir mehrabı uca göylərin” ideyasını yaradıcılığının cövhəri bəyan edən Nizamidən başlayaraq, “Mənim tanrım gözəllikdir, sevgidir” etirafında bulunan Cavidə qədər Azərbaycan ədəbiyyatı məhəbbət üstündə köklənib. Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi dönəmlərdə irqindən, rəngindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti sevib. Eyni zamanda, həmin ədəbiyyatın sahibi olan Azərbaycan xalqı öz əvəzsiz mənəvi-əxlaqi, ədəbi-bədii töhfəsini də ümumbəşər dəyərlər xəzinəsinə səxavətlə təqdim edib.
Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Qeyd edilib ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu isə Prezident İlham Əliyevin dediyi “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir” sözlərinin əyani göstəricisidir.
Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir.
“Azərbaycan multikulturalizminin qaynaqları” adlı seriyanın növbəti əsərləri (“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları”) yaxın gələcəkdə işıq üzü görəcək. Bu əsərlər multikultural qaynaqlarımızın çoxşaxəli və çoxistiqamətli olmasının bariz nümunələri kimi təzahür edir.
Həmin seriyanın baş elmi redaktoru Dövlət müşaviri, akademik Kamal Abdulla, tərtibçilər - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Möhsün Nağısoylu, tarix elmləri doktoru, professor Fərid Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev, rəyçilər - akademik Teymur Kərimli, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə və nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasovdur.
“Ön söz”ün müəllifi akademik Kamal Abdulladır.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53

