Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı Tərtərdə silsilə tədbirlər keçirilib
27.02.2016 [11:35]
XX əsrin dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da dərin hüznlə anılır. Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Tərtər rayonunda silsilə tədbirlər keçirilib. Fevralın 26-da isə Xocalı şəhidlərinin xatirəsini yad etmək məqsədilə ümumrayon tədbiri olub.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri və Xocalıdan olan məcburi köçkünlər “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra məktəblilərin Xocalı soyqırımına həsr etdikləri rəsm sərgisinə və mədəniyyət evinin hazırladığı kompozisiyaya baxış keçirilib.
Gənclər Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirilib ki, Xocalı soyqırımı təkcə xocalılılara qarşı deyil, Türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəldilmiş vəhşilik aktıdır.
Qeyd edilib ki, yalnız Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Faciənin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görülüb. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın 12 dövləti, ABŞ-ın isə 21 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımını pisləyən qətnamə qəbul ediblər.
Sonra “Xocalı fəryadı” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə diplomlar təqdim olunub, həmçinin rayon mədəniyyət evinin hazırladığı “Xocalım, ay Xocalım” adlı kompazisiya nümayiş etdirilib.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Onlara rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

