2015-ci il Yevlaxda da uğurlarla yadda qalıb
01.03.2016 [09:39]
Yevlax rayonunda 2015-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, bəhs edilən dövrdə tikinti-quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib.
Qeyd olunub ki, 2015-ci ildə Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 485,1 milyon manat olub. Bunun 13,4 milyon manatını sənaye, 76,9 milyon manatını kənd təsərrüfatı, 36,3 milyon manatını tikinti təşkil edib. Adambaşına 3859,1 manat məhsul istehsal edilib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi isə 38 milyon 706 min manat olub.
Həmçinin hesabat dövründə Azərbaycan Beynəlxalq Bankının Yevlax filialının, rayon polis şöbəsinin, Elektrik Şəbəkəsinin, təhsil şöbəsinin inzibati binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 fərdi yaşayış evi və Yevlax “Dəmir-Beton” ASC-nin nəzdində dekorativ plitə və səki daşları istehsal edən yeni istehsalat sahəsi istifadəyə verilib.
Aran qəsəbəsindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında qala divarlarının və bürclərin tikintisi başa çatdırılıb, Sahil istirahət kompleksində yenidənqurma işləri davam etdirilib. Yevlax şəhərinin Bakıxanov, Əli Bayramov küçələrinə asfalt örtüyü salınıb. Aşağı Qarxun, Nəmərli, Hacımahmudlu, Dəlləklər kənd klublarında, Salahlı, Qaraməmmədli, Malbinəsi, Aran qəsəbə mədəniyyət evlərində təmir işləri aparılıb.
Kür çayı sahilində 5 ulduzlu hotelin, İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik ikimərtəbəli uşaq bağçasının binalarının tikintisi davam etdirilib. Şəhərdə və rayon ərazisindən keçən avtomobil yollarının kənarlarında geniş yaşıllaşdırma işləri aparılıb, 104 mindən çox müxtəlif ağac və gül kolları əkilib.
Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 2015-ci ildə şəhərdə 1, kəndlərdə 4 subartezian quyusu qazılıb. Şəhərin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Aşağı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm, Ərəbbəsrə, Xanabad, Aşağı Bucaq, Yuxarı Bucaq, Qaraoğlan kəndləri qazlaşdırılıb. Əhalinin və istehsalat sahələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün elektrik verilişi hava xətlərinin 1355 ədəd ağac dayağı metal və dəmir beton dayaqlarla əvəzlənib. 20 kilometr SİP kabel çəkilib, 49 kilometr naqil dəyişdirilib. 20 yeni transformator məntəqəsi quraşdırılıb, 17 zədələnmiş transformator yenilənib.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, aqrar sahənin, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Yığıncaqda həmçinin Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək ölkəmizdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri haqqında geniş məlumat verib.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30

