AzMİU-da fəxri məzunlarla görüş keçirilib
15.04.2016 [10:00]
Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ötən illərdə bu ali təhsil ocağını bitirmiş məzunlarla görüş keçirilib. 40 illik yubileyi ərəfəsində baş tutan görüşdə universitetin respublikada tanınmış məzunları - Milli Məclisin deputatı Aydın Mirzəzadə, Bakı şəhərinin baş memarı, Əməkdar memar Akif Abdullayev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov, bir çox nazirlik və komitələrdə çalışan şəxslər iştirak ediblər.
AzMİU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbirin əvvəlində məzunlar və AzMİU rəhbərliyi Ümummilli lider Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev muzeyini, “Knauf” tədris mərkəzini, imtahan zallarını, İnşaat materialları laboratoriyasını, idman kompleksini, AzərSu, Holcim, İnşaat konstruksiyaları laboratoriyalarını, kitabxananı gəziblər.
Universitetin akt zalında davam etdirilən tədbirdə qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu günlərdə 40 yaşı qeyd olunacaq universitetin bu günə qədər keçdiyi inkişaf yolundan danışıb. O qeyd edib ki, 1975-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə bəxş etdiyi AzMİU bu illər ərzində ona göstərilən etimadı doğrultmağa çalışıb, həm elm, həm təhsil sahəsində ciddi uğurlara imza atıb, qarşıya qoyduğu hədəflərə çatmaq üçün böyük təkamül yolu keçib. AzMİU-nun 1980-ci il ilk məzunlarından olan millət vəkili Aydın Mirzəzadə ötən illərin xatirələrini yada salıb, həyatda qazandığı uğurlara görə müəllimlərinə minnətdarlığını bildirib.
1984-cü il məzunu, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da vurğulayıb ki, 40 il bundan əvvəl Azərbaycan İnşaat Mühəndisləri İnstitutu kimi müstəqil fəaliyyət göstərən təhsil müəssisəsinin ilk tələbələri olaraq həmişə qürur duyublar. Telekommunikasiya sistemlərinin tikintisində ən böyük layihələri gerçəkləşdirən “Qartal” tikinti firmasının rəhbəri Şahin Məmmədov təhsildə fərqlənən tələbələrə noutbuklar hədiyyə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

