/ / Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlər sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcək
Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlər sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcək
29.04.2016 [10:03]
Hüseynqulu Bağırov: Azərbaycana qarşı bütün vasitələrlə total müharibə aparan işğalçı Ermənistan Sərsəng Su Anbarını və Araz çayını ekoloji terror alətinə çevirib
Aprelin 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərdə olub.
AZƏRTAC xəbər verir ki, nazir əvvəlcə Ermənistan silahlı birləşmələrinin artilleriya zərbələri nəticəsində Ağcabədi rayonunun Qaraxanlı kəndindəki yanan evə baxış keçirib. Məlumat verilib ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin atəşi nəticəsində Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.
H.Bağırov daha sonra Ağdam rayonunun artilleriya zərbələrinə məruz qalan Qaradağlı, Mahrızlı, Çəmənli kəndlərində mərmi atəşi nəticəsində dağılan evlərdə olub, ev sahibləri ilə görüşüb. Sarıcalı kəndindəki dağılmış orta məktəbə və ərazilərdəki qırılmış ağaclara baxıb. Bildirilib ki, düşmənin atəşi nəticəsində ötən gecə Ağdam rayonunda mülki əhalidən bir nəfər həlak olub, 8 nəfər yaralanıb. 12 ev, 1 mağaza dağılıb, 1 ev yanıb, 59 evə ziyan dəyib. Eyni zamanda, əhaliyə məxsus 12 baş iribuynuzlu heyvan, 1 at tələf olub, bir avtomobil yararsız hala düşüb.
Nazir jurnalistlərə deyib ki, ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcək.
H.Bağırov bildirib ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir: “Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurur, meşələri qırır, qızıl mədənlərini istismar edirlər. Ermənistan xarici ölkələrə mebel, ağac satır. Hamı bilməlidir ki, həmin ağaclar işğal altındakı meşələrimizdən qırılır”.
Ermənilərin Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə etdiyini vurğulayan nazir deyib: “Sərsəng Su Anbarı sovet dövründə Azərbaycanın pulu hesabına tikilən və aşağı Qarabağ torpaqlarının suvarılması üçün yaradılan su anbarı idi. İndi baxın, həmin su anbarından ekoloji terror vasitəsi kimi istifadə olunur. İşğal altındakı torpaqlardan qaçqın düşmüş insanların məskunlaşdığı yerlərə qışda, payızda suyu açıb buraxır, onları sel-su altında qoyurlar. Əkin vaxtı su lazım olanda isə suyu kəsirlər.
Bütün dinlərdə mərhəmət prinsipi var. Bu, heç bir dinə, beynəlxalq konvensiyaya uyğun gəlməyən hərəkətlərdir. Ermənilər bütün vasitələrlə total müharibə aparırlar. Onlar Sərsəng Su Anbarını və Araz çayını ekoloji terror alətinə çeviriblər. Biz bu barədə dünya ictimaiyyətini mütəmadi məlumatlandırırıq”.
Ermənilərin təbii sərvətlərimizi talan etdiyini, yandırılmış torpaq taktikası həyata keçirdiyini bildirən H.Bağırov daha sonra deyib: “Artıq xalqımızın səbri tükənib. İnsanlar soruşurlar: Bizim hüquqlarımız niyə tanınmır? Torpaqlarımız işğal altında nə qədər qalacaq? Evlərimiz niyə dağıdılır? Mülki əhali niyə hədəfə alınır? Biz beynəlxalq hüququn bu dərəcədə açıq-aşkar pozulmasına təəccüb və təəssüf edirik.
Artıq Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Ölkəmizin gücü, qüdrəti artıb. Xalq öz rəhbəri ətrafında sıx birləşərək ərazi bütövlüyü uğrunda mübarizə aparır”.
Nazir daha sonra Tərtər şəhərində və Qapanlı kəndində mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüb. Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində ötən gecə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki kənd məktəbinə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

