Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması diqqət mərkəzindədir
09.06.2016 [09:46]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı” keçirilir. Bu il keçirilən aylığın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən əhali arasında “Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığını təmin edən ətraf mühitdə yaşamaq hüququ”nun təbliğinə həsr olunması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən uğurlu sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya epidemioloji salamatlığının təmin olunmasına da öz müsbət təsirini göstərməkdədir. Səhiyyəmizin davamlı inkişaf strategiyasının tərkib hissəsi olan maddi-texniki bazanın gücləndirilməsi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan səmərəli işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş profilaktik və əksepidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşılaşdırılmasında əsaslı rol oynamışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. Əhalinin sanitariya-epidemioloji salamatlığı dedikdə ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir, eləcə də insanın həyat fəaliyyəti üçün əlverişli şərait mövcuddur.
Son illərdə Suraxanı rayonu ərazisində fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrində əsaslı təmir işləri aparılmış və yeniləri tikilmişdir. Aparılan sağlamlaşdırıcı işlərin nəticəsi olaraq dərs otaqlarında nisbətən şagird sıxlığı aradan qaldırılmış, optimal işıqlanma, mikroiqlim və əksepidemik tədbirlərin vaxtında reallaşdırılması şagirdlərin sağlamlığına və təhsilin yüksək keyfiyyətinə zəmin yaratmışdır. Bundan başqa, məktəblilər arasında su ilə bağlı gigiyenik biliklərin artırılması məqsədi ilə tərəfimizdən maarifləndirici tədbirlər keçirilmişdir. Çünki böyüməkdə olan nəslin yüksək sanitariya mədəniyyətinin tərbiyəsi vacib məsələlərdəndir.
Digər tərəfdən, sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun ən vacib istiqamətlərindən biri əhalinin təhlükəsiz, keyfiyyətli qidalanmasının təmin olunmasıdır. “Yeyinti məhsulları haqqında” ölkə qanununun qəbul edilməsi məktəbəqədər uşaq müəssisələrində, uşaq evləri və internat məktəblərində uşaqların qidalanma rasionu, qidalanmanın təşkili, qida blokunun sanitar-epidemioloji vəziyyəti, daxil olan ərzaqların keyfiyyəti, saxlanması, qidalanma rejimi, işçilərin sağlamlıq vəziyyəti üzrə gigiyenik tələbləri əhatə edir və gələcək nəslin keyfiyyətli və səmərəli qidalanmasına zəmin yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemioloji salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Azərbaycan Respublikası müstəqillik qazandığı ilk illərdə qəbul olunmuş “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunla ölkə əhalisinə verilmiş bu hüququn, yəni sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir. İnsanı əhatə edən bioloji amillərin mənfi təsirindən qorunmaq üçün yoluxucu xəstəliklərin profilaktikası və yoluxucu xəstəliklərlə mübarizə sahəsində bir sıra qanunvericilik aktları, məsələn, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunlar qəbul edilmiş, çoxsaylı sənədlər hazırlanıb təsdiq edilmişdir. Təsadüfi deyil ki, ölkəmizin müstəqilliyi dövründə aparılmış geniş təşkilati və tibbi profilaktik tədbirlər nəticəsində əvvəllər ölkəmizdə çoxsaylı insanların düçar olduğu malyariya, poliomielit, difteriya, məxmərək kimi ağır xəstəliklərin qeydə alınması son illərdə müşahidə edilmir. Digər əksər yoluxucu xəstəliklərin isə dinamik azalması müşahidə olunur.
Bu məsələ kontekstində digər vacib məqam budur ki, profilaktik peyvəndlər rayon ərazisində fəaliyyət göstərən müalicə müəssisələrində xüsusi təlim keçmiş tibb işçiləri tərəfindən yerinə yetirilir. Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır. Hər il rayon ərazisində yaşayan və peyvənd planına düşən uşaqların 98 faizi qoruyucu peyvəndlərlə əhatə olunur.
Eyni zamanda, vərəmlə mübarizə tədbirləri də bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Əsas etibarilə, vərəmlə mübarizə tədbirləri bütün vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün pulsuz, bərabər əsaslarla, qanunçuluğa, humanistliyə, insan və vətəndaş hüquqlarına əməl olunmaqla aparılır. Vərəmlə əlaqədar olaraq aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınır. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısı müəyyən olunub. Bu peşə və vəzifələr üzrə işə qəbul olunarkən, eləcə də işlədiyi müddətdə ətrafdakıları yoluxdurmaq təhlükəsi olan şəxslər müəyyən olunmuş ardıcıllıqla, məcburi rentgen-flüoroqrafiya müayinəsindən keçirilirlər. Ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır. Yataqxanalarda və çoxsaylı sakinləri olan mənzillərdə yaşayanlar vərəmlə xəstələndikdə dərhal hospitalizə olunurlar. Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün xüsusi xəstəxana-internat təşkil olunur və xəstələrin bu müəssisələrə göndərilməsi və qəbulu təşkil edilir.
Sadalananlarla yanaşı, diqqət yetirilməsi vacib olan digər məsələ isə içməli suyun keyfiyyətinə və ərazisinin sanitariya vəziyyətinə nəzarətdir. Qeyd edək ki, Suraxanı rayon Dövlət Sanitariya Orqanının nəzarət sahələrindən əhəmiyyətlisi il ərzində sakinlərə verilən içməli suyun keyfiyyətinə və ərazisinin sanitariya vəziyyətinə nəzarətin həyata keçirilməsidir. İlin əvvəlindən keçən vaxt ərzində sakinlərin içməli su ilə təchizatının yaxşılaşdırılması və çirkab suların kənarlaşdırılması üçün xeyli iş görülmüşdür. Belə ki, Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsində 1000 mm diametrində 730 m uzunluğunda içməli su şəbəkəsi qurulmuş, Bülbülə qəsəbəsi Dəmir yolunun yanında 300 mm diametrində 170 m uzunluğunda içməli su, eyni ünvanda 300 mm diametrində 100 m uzunluğunda yeni kanalizasiya xətti çəkilmişdir. Bundan başqa, Əmircan qəsəbəsi O.Əliyev küçəsində 300 mm diametrində 250 m uzunluğunda, Əmircan qəsəbəsi S.Mənsur küçəsində 200 mm diametrində 250 m uzunluğunda kanalizasiya xətləri, Bülbülə qəsəbəsi S.Əliyev küçəsində 76 mm diametrində 650 m uzunluğunda, Zığ qəsəbəsi ərazisində 100-280 mm diametrində 3040 m uzunluğunda içməli su xətləri çəkilmişdir. Həmçinin Zığ qəsəbəsi R.Göyüşov küçəsində 100 mm diametrində 600 m uzunluğunda, Əmircan qəsəbəsi Q.Quliyev küçəsində 100 mm diametrində 120 m uzunluğunda, həmçinin Əmircan qəsəbəsi X.Ələkbərov küçəsində 250 mm diametrində 250 m uzunluğunda su xətləri çəkilmişdir. Eyni zamanda, adıçəkilən qəsəbənin A.Rzayev küçəsində 100 mm diametrində 450 m uzunluğunda, Yeni Suraxanı qəsəbəsi Köndələn küçəsində isə 160 mm diametrində 160 m uzunluğunda olan su xətləri çəkilərək sakinlərin istifadəsinə verilmişdir.
Bunlara paralel olaraq, sakinləri içməli su ilə təmin edən məhəllədaxili su anbarlarının sanitariya vəziyyətinə Mərkəzin mütəxəssisləri tərəfindən keçirilmiş baxışın nəticəsinə əsasən Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin məhəllədaxili su anbarının ərazisində abadlaşdırma işlərinin, sağlamlaşdırıcı tədbirlərin aparılmasının vacibliyi barəsində Sukanal İdarəsinə təkliflər verilmişdir. Təkliflər əsasında göstərilən məhəllədaxili su anbarının ərazisi hasarlanmış, asfaltlanmış, nasosxanada təmir işləri aparılaraq normal vəziyyətə gətirilmişdir. Mərkəzin təklifi əsasında +42 Dədə Qorqud ümumşəhər su anbarı yuyulub-zəzərsizləşdirilmişdir. Əvvəllər içməli su təchizatı aşağı səviyyədə olan Hövsan qəsəbəsinə +42 Dədə Qorqud ümumşəhər su anbarından əlavə xətt çəkilmişdir. Qəsəbə hazırda daimi axar su ilə təmin olunmuşdur. Suraxanı rayonu üzrə su basmış zirzəmilərdə isə sağlamlaşdırıcı tədbirlər aparılaraq bir qisim zirzəmi qurudulmuşdur. Eyni zamanda, rayon ərazisində olan yaşayış binalarına məxsus qazanxanalar bərpa olunaraq yenidənqurma işləri aparılmış, işlək vəziyyətə gətirilmişdir.
Bütövlükdə, insan hüquqlarının qorunması çərçivəsində əhalinin sağlamlığının qorunması ilə əlaqədar onların əlverişli ətraf mühitdə yaşamaq hüququ, ətraf mühitin fiziki və digər zəruri amillərin təsirinin qarşısının alınması, yaşayış və iş şəraitlərinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi üzrə ardıcıl işlər görülür. Respublika əhalisinin və xarici vətəndaşların sanitar-epidemioloji salamatlığının qorunması üzrə xüsusi proqramlar hazırlanıb, müəyyən olunmuş vəzifə və tədbirlər uğurla həyata keçirilməkdədir. Əhalinin ərzaq təhlükəsizliyi ön plana çəkilmiş və bu məsələnin həlli üçün normativ texniki sənədlər hazırlanmış və icrası həyata keçirilir. Onu da qeyd edək ki, ərzaq məhsullarının istehsalı üzrə yeni texnologiyaların tətbiqi mütərəqqi qaydada həyata keçirilir və bu sahədə əlverişli investisiyaların qoyulmasına müvafiq şərait yaradılmışdır.
Z.M.SƏMƏDOVA
Suraxanı rayon Gigiyena və
Epidemiologiya Mərkəzinin
direktoru
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40

