ADNSU-da “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib
01.07.2016 [10:10]
İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı “eazi START” startap məktəbinin ali təhsil müəssisələri arasında ilk dəfə bu universitetdə yaradıldığını diqqətə çatdırıb. O, innovativ ideyalara əsaslanan belə bir layihənin məhz bu ali məktəbdə reallaşdırılmasının həm qürurverici, həm də məsuliyyətli iş olduğunu qeyd edib. Rektor layihənin həyata keçirilməsində əməyi olanlara, dəstək göstərənlərə təşəkkürünü bildirib.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə universitetin adının bir neçə dəfə dəyişdirildiyini, bu ali məktəbin hər bir dövr üçün yüksək ixtisaslı kadrların yetişdirilməsində müstəsna rol oynadığını qeyd edib. Şöbə müdiri startap məktəbinin universitetə yeni nəfəs gətirəcəyinə, yeni uğurların əldə olunmasına dəstək göstərəcəyinə inamını ifadə edib. ADNSU-nun Azərbaycanın təhsil sistemində özünəməxsus rolunun və dəsti-xəttinin olduğunu vurğulayan F.Abdullazadə burada təhsil alan xarici vətəndaşların səviyyəsinin hər zaman yüksək olduğunu söyləyib. Bildirilib ki, təhsillə sənaye arasında etibarlı körpü olan ADNSU bu gün yeni ideyalar üzərində möhkəmlənərək daha da yenilənəcək. Bu layihənin böyük gələcəyi var. Çünki ADNSU böyük intellektual potensiala malikdir.
Təhsil naziri Mikayıl Cabbarov startap məktəbinin ADNSU-da yaradılmasının əhəmiyyətini qeyd edib, layihənin məqsədlərindən, onun bütövlükdə dövlətimizə, təhsil sisteminə verə biləcəyi töhfələrdən danışıb. Təhsil naziri ölkənin təhsil sistemində startap məktəblərinin məqsəd və səmərəliliyi barədə fikirlərini bildirib. Ölkənin iqtisadi innovativ inkişafının Azərbaycanda, hökumət, universitet və akademik elm və yüksək texnologiyalı sənaye səviyyəsində faydalı əməkdaşlıq üzərində qurulmuş yeni innovativ ekosistemi yaratmaq yolu ilə sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra ADNSU rektorunun müşaviri Rusif Hüseynov startap məktəbinin yaranması və fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində startap məktəbi və biznes inkubatoru olan “eazi START” 2015-ci ilin sonlarında yaradılıb, 2016-cı ilin yanvarında burada ilk təlimlərə başlanılıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi və tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak edib. 2016-cı ilin iyun ayı üçün “eazi START” startap məktəbində ideya və prototip səviyyəsində 20-dək layihə var. Bu layihələrdən ən perspektivli və rentabelli olanlarının daxili və xarici sərmayələr hesabına reallaşdırılması nəzərdə tutulur. “eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək olmaq məqsədilə fəaliyyət göstərir. Qurumun hədəflərinə yalnız Azərbaycan üçün deyil, həmçinin dünya səviyyəli layihə və məhsulları ortaya çıxarmaq da daxildir.
Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru İnna Maryukova Kiyevdə yaradılan startap məktəbinin təcrübəsinə əsaslanaraq layihə çərçivəsində görülən işlər və onun istiqamətləri barədə danışıb. O, bu layihənin ölkəsində uğur qazandığını və belə bir nəticənin Azərbaycanda - ADNSU-da da əldə olunacağına inandığını söyləyib.
İsraildən olan startap təlimçisi İqor Peer startap layihələrinin xarakteri və bu istiqamətdə qurulan biznesin incə nüansları barədə təqdimatla çıxış edib. O, startap layihələri çərçivəsində gənclərin öz biznes ideyalarını həyata keçirmələri üçün əvvəlcə problemlərin müəyyənləşdirilməsinin və məqsədə doğru dəqiq addımların atılmasının vacibliyini vurğulayıb. İ.Peer bildirib ki, startap ideyadan, biznesdən başlayan, ideyanı milyonlarla ölçülən biznesə çevirən xətdir.
Festivalda 15 startap layihəsi təqdim edilib. Hər bir layihə müəllifi öz ideyasının əhəmiyyətindən danışıb.
Daha sonra qonaqlar ADNSU-da fəaliyyət göstərən İnkubasiya, Azİİ-İT Club mərkəzləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10

