Şəkidə Xalq artisti Ağaverdi Paşayevlə görüş
02.07.2016 [09:40]
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində Azərbaycan Respublikasının Xalq artisti, professor Ağaverdi Paşayevlə görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər.
Bildirilib ki, bu tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin 80 illiyinə həsr olunur.
Məlumat verilib ki, Ağaverdi Paşayev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1978-ci ildə Konservatoriyada pedaqoji fəaliyyətə başlayıb. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri və professoru vəzifəsində çalışır. O, 2002-ci ildən Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Xalq Artisti İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, həmçinin “Humay” milli mükafatına layiq görülüb.
Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Ağaverdi Paşayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə bağlı ömür” kitabının müəllifi Səadət Təhmirazqızı və TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək, görkəmli sənət adamının Azərbaycan musiqisinin inkişafı və təbliğindəki xidmətlərindən danışıblar. Vurğulanıb ki, Ağaverdi Paşayev xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, Azərbaycan mədəniyyət günlərində ölkəmizi layiqincə təmsil edir.
Professor Ağaverdi Paşayev çıxış edərək, belə bir mötəbər festivalda növbəti dəfə iştirak etməyindən məmnun qaldığını bildirib.
Sonra Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış edib.
İyulun 1-də axşam saat 20.00-da Yay teatrında Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi olub. Mərasimdə Fikrət Əmirov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestri, Xalq Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10

