Multikulturalizm Azərbaycanda alternativi olmayan həyat tərzinə çevrilib
15.07.2016 [09:55]
Qobustanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 14-də “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Qobustan İdman Kompleksində sərgilənən qədim xalq sənət nümunələri ilə tanış olub, yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxıb, yerli musiqiçilərin səsləndirdikləri xalq mahnılarına qulaq asıblar.
Gənclər Mərkəzində keçirilən konfransı Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov açaraq, tarixi köklərdən qaynaqlanan tolerantlıq və multikulturalizm dəyərlərinin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb, bu bəşəri dəyərlərin dövlətimizin istər daxili, istərsə də xarici siyasətində prioritet məsələ kimi dayandığını diqqətə çatdırıb. Natiq dövlətimizin başçısının Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsini ölkəmizdə məhz bu dəyərlərə verilən xüsusi diqqətin təzahürü kimi səciyyələndirib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımzadə, Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılov və başqaları məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanındığı qeyd edilib, multikulturalizmin ölkəmizdə artıq alternativi olmayan həyat tərzinə çevrildiyi bildirilib.
Konfransda Azərbaycanda 60-dan çox millətin nümayəndəsinin yaşadığı, bununla yanaşı, dini zəmində heç vaxt münaqişənin olmadığı diqqətə çatdırılıb, bu tolerant dəyərlərin digər ölkələr üçün nümunə olduğu vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanda tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb, onlara öz mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün şərait yaradılıb. Təsadüfi deyildir ki, bu, əsas qanunumuz olan Konstitusiyamızda da öz əksini tapıb. Ötən əsrin 90-cı illərində mədəniyyətlərin, sivilizasiyaların toqquşması kimi nəzəriyyənin meydana çıxması artıq öz təhlükəli, acı nəticəsini verməkdədir. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı multikultural siyasət bir çox dövlətlər üçün əsl nümunədir. Heç şübhə yoxdur ki, gec-tez tarixi ənənələrdən qaynaqlanan Azərbaycan multikulturalizmi dünya ölkələrinin fərqli mədəniyyətlərə baxışlarının müsbət mənada dəyişməsinə səbəb olacaq, beynəlxalq aləmdə uğurlu bir nümunə kimi tətbiq ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

