Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lahıcda ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” açılıb

Lahıcda ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” açılıb

21.07.2016 [09:31]

Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi münasibətilə keçirilən silsilə tədbirlərə töhfə vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı tərəfindən iyulun 20-də Lahıcda “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir.
Əvvəlcə Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin ifasında dövlət himni səsləndirilib və düşərgə açıq elan edilib.
Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Həmrəylik düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış ediblər.
Mirdamət Sadıqov bu layihənin həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Həmrəylik düşərgəsi”nin ASAN Könüllülərinin növbəti yay məktəbi olduğunu qeyd edib. O bildirib ki, digər yay məktəblərindən fərqli olaraq budəfəki düşərgə daha çox hərbi formatda təşkil olunub. Sədr düşərgədəki infrastrukturun Dövlət Sərhəd Xidməti tərəfindən yaradıldığını deyib. Diqqətə çatdırıb ki, beş gün ərzində ASAN Könüllüləri Lahıcın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Layihə Azərbaycanın digər kənd və qəsəbələrində davam etdiriləcək.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev hərbiləşdirilmiş qaydada keçirilən layihənin gənclərin hərb sənətinə marağının artırılması və onların vətənpərvərlik ruhunda böyüməsinə şərait yaratdığını qeyd edib.
Layihə çərçivəsində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. Düşərgə zamanı, həmçinin dövlət rəsmiləri və Milli Məclisin deputatları ilə görüşlər nəzərdə tutulub. “Həmrəylik düşərgəsi”nin keçirildiyi ərazidə Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31