/ / Qubada “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” kitabının təqdimatı keçirilib
Qubada “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” kitabının təqdimatı keçirilib
04.08.2016 [10:04]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi (İB) “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və milli mənəvi inkişaf mövzusunda araşdırmalar və tədbirlər” adlı layihəni davam etdirir. Birlik layihənin tərkib hissəsi olaraq nəşr etdirdiyi “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” kitabını bölgələrdə ictimaiyyətin nümayəndələrinə təqdim edir. Nəşrin məsləhətçisi professor, Mili Məclisin deputatı Nizami Cəfərov, layihənin rəhbəri və tərtibçi Dəyanət Osmanlıdır.
İB-dən AZƏRTAC-a bildirilib ki, kitabın təqdimatı ilk olaraq Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilib. Tədbirə rayonun elm-mədəniyyət işçiləri, yaradıcı nəslin nümayəndələri qatılıblar.
Tədbirdə Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, layihənin rəhbəri Dəyanət Osmanlı, kitabın redaktorları Əkbər Qoşalı, İbrahim İlyaslı, şair Ramiz Qusarçaylı, rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Saməddin Nəsirov və Paşaoba kəndi tam orta məktəbinin müəllimi Telman Qurbanov çıxış edərək ölkəmizin müstəqilliyinə həsr olunmuş layihənin əhəmiyyətindən danışıblar. Layihə əsasında çap olunan “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” kitabının elmi-mədəni dairələr, yaradıcı insanlar üçün mühüm bir vəsait olduğu xüsusilə vurğulanıb.
Qeyd edilib ki, ölkəmizin müstəqilliyinin 25 illik tarixində azərbaycançılıq ideyasının dövlət ideologiyasına çevrilməsi və dövlətimizin dil siyasəti prosesinin araşdırılması dəyərli təşəbbüsdür. Kitabda Ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında milli həmrəyliyin yaranmasındakı rolu diqqət mərkəzinə çəkilib, ana dilinin təkmilləşdirilməsi yönündə görülmüş işlərə nəzər salınıb. Nəşr elmi-mədəni dairələr, yazarlar və yaradıcı gənc nəslin nümayəndələri arasında böyük ictimai dəyər kəsb edən azərbaycançılıq və dövlətimizin ana dilinin inkişafına qayğısı məsələlərinin öyrənilməsi, o cümlədən milli mənəvi dəyərlərimizin təbliği baxımından aktuallıq daşıyır. Sözügedən kitabın nəşri ilə azərbaycançılıq ideologiyasının xalqımızın milli mənəvi inkişafında, ana dilimizin qorunmasında və zənginləşməsində rolunu əks etdirən sənəd və materiallar oxucuların diqqətinə təqdim olunur.
Sonda “Türk Dünyası İnfo” İB tərəfindən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə və tədbir iştirakçılarına kitablar hədiyyə olunub.
Kitabın növbəti təqdimat mərasimi Sumqayıt şəhərində keçiriləcək.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12

