UNEC ilə DAAD arasındakı əməkdaşlıq yeni mərhələdə
29.10.2016 [10:49]
Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Stefani Düfo (Stefanie Dufaux) ilə görüşüb. Görüşdə UNEC ilə DAAD arasında əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. DAAD ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən UNEC rektoru “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin reallaşdırılmasında Alman Akademik Mübadilə Xidmətinin böyük rolu olduğunu qeyd edib.
Xanım Stefani Düfo DAAD ilə sıx əməkdaşlıq edən ali məktəblər arasında UNEC-in aparıcı yerlərdə olduğunu qeyd edərək, bu əməkdaşlığın universitetə böyük fayda verəcəyini vurğulayıb.
Görüşdə DAAD ilə birgə yay və qış məktəblərinin təşkili, təlimlərin, seminarların, müsabiqələrin keçirilməsi, UNEC-in alim və doktorantının Almaniya universitetlərində tədqiqat təcrübəsinin təşkili, birgə magistratura proqramının hazırlanması, Azərbaycan və Almaniyanın müxtəlif şirkətlərində təcrübələrin təşkili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Ə.Muradovun UNEC ilə Almaniya universitetləri arasında birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, bu sahədə layihə və ikili diplom proqramlarının hazırlanması, Almaniyanın nüfuzlu universitetlərindən professor-müəllim heyətinin UNEC-ə cəlb edilməsi, DAAD əməkdaşlarının UNEC-in doktorant, dissertant, magistr və bakalavr pilləsində təhsil alan gəncləri üçün mütəmadi təqdimatların keçirilməsi, universitetdə fəaliyyət göstərən əlilliyi olan tələbələr üçün mərkəzlə Almaniyanın eyniadlı mərkəzləri və universitetləri ilə əməkdaşlığın qurulması ilə bağlı təklifləri müsbət qarşılanıb. UNEC-in bütün sahələrdə potensialının yüksək olduğunu bildirən Stefani Düfo təmsil etdiyi qurumun qeyd edilən layihələrə dəstək olacağını qeyd edib.
Qeyd edək ki, “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinə uyğun olaraq UNEC-in bir müəllimi və on tələbəsi Almaniyanın Siegen universitetində təşkil edilən Qış Məktəbində (Winter School) iştirak edirlər. Layihə 2016-2019-cu illəri əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

