Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rauf Əliyev: Tarif Şurasının son qərarı aztəminatlı ailələr üçün heç bir çətinlik yaratmayacaq

Rauf Əliyev: Tarif Şurasının son qərarı aztəminatlı ailələr üçün heç bir çətinlik yaratmayacaq

01.12.2016 [09:55]

“Tarif Şurasının tarif tənzimlənməsi ilə bağlı son qərarı aztəminatlı ailələr üçün heç bir çətinlik yaratmayacaq”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, qərara əsasən qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib. Çünki sadə insanlar qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmir.
“Bu rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq. Çünki yalnız böyük müəssisələr daha çox qaz və enerjidən istifadə edir. Burada əhali heç bir fərq hiss etməyəcək. Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək. Belə ki, bu qərarlar əsasında sadə vətəndaşların ödənişi ilə kommersiya şirkətlərinin ödənişi arasında fərq olacaq”, - deyə R.Əliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31