20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir
19.01.2017 [10:16]
Qanlı 20 Yanvar faciəsindən 27 il ötsə də, həmin gün şəhid olan oğul və qızlarımızın xatirəsi istər respublikamızda, istərsə də xaricdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır.
AZƏRTAC xəbər verir ki, bu fikir 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yanvarın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və 1 saylı Kliniki Tibbi Mərkəzin birgə keçirdiyi tədbirdə səsləndirilib.
Tədbirdən əvvəl 20 Yanvar günü yaralanan şəxslər, eləcə də şəhidlərin ailə üzvləri bu səhiyyə müəssisəsində pulsuz tibbi müayinədən keçiblər.
Anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov çıxışlarında 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində mühüm yerinin və rolunun olduğunu vurğulayıblar. Bildirilib ki, sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeritdiyi ordu amansız cinayətlər və kütləvi qırğınlar törətdi. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 140-dan çox mülki şəxs qətlə yetirildi, 700-dən çox günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi. Sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.
Qeyd olunub ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti məhz xalqımızın Ümummilli lideri, həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirdi. Ulu öndər Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, kəskin bəyanatla çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham etdi. Faciəyə ilk siyasi qiymət də məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ilin martında 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verildi.
Faciənin şahidləri, tibb müəssisəsinin əməkdaşları çıxışlarında Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.
Sonda 20 Yanvar faciəsinə həsr olunan film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53

