/ / Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabı təqdim olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabı təqdim olunub
02.05.2017 [10:06]
Mayın 1-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri BBMM-in icraçı direktoru, professor Azad Məmmədov açaraq qonaqları salamlayıb və Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq Milli Kitabxana tərəfindən tərtib edilmiş nəşrin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Rəvan Həsənov multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu qeyd edərək multikulturalizmin elmi, siyasi və mədəni əsaslarından söz açıb. Rəvan Həsənov “Multikulturalizm İli”ndə Azərbaycanda həyata keçirilən böyük miqyaslı layihələrin, görülən işlərin biblioqrafiyasının yer aldığı kitabı yüksək dəyərləndirib və nəşri ərsəyə gətirənlərə minnətdarlığını bildirib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirovun moderatorluğu ilə keçən tədbirdə AMEA-nın alimləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yaradıcılıq Fondunun, “Multikulturalizm” jurnalının, “Samur” Ləzgi Milli Mərkəzinin, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin, Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin, Avar-Azərbaycan İctimai Birliyinin, Azəri-Tat Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Professor Kərim Tahirov təqdim olunan fundamental biblioqrafik göstəricinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli”nin elan olunması kimi əlamətdar bir hadisəyə həsr olundugunu bildirib. Milli Kitabxananın direktoru nəşrin ərsəyə gəlməsində əməyi olanlara - layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Kamal Abdullayev və digərlərinə minnətdarlığını ifadə edib.
Professor Kərim Tahirov bildirib ki, kitabın bir qədər gec təqdim olunmasının səbəbi “Multikulutralizm ili” ərzində görülən işlərin tam miqyasıyla əhatə olunmasını təmin etmək olub: “Biblioqrafik kitab 5 hissədən ibarətdir: I hissə - Azərbaycançılıq ideologiyası - milli birliyin əsası kimi; II hissə - Milli-mədəni müxtəliflik, etnik qruplar - dili, mədəniyyəti və incəsənəti; III hissə - Tolerantlıq - Azərbaycanda dini azadlığın təmin edilməsi, IV hissə - Multikulturalizm Azərbaycanda həyat tərzidir və V hissə - Köməkçi göstəricilər. Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə və ayrı-ayrı hissələr daxilində yarımbölmə altında qruplaşdırılıb. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Azərbaycan, rus və ingilis dillərində müəlliflərin əlifba göstəriciləri tərtib olunub. Kitab tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.
Təqdimat mərasimində çıxış edən millət vəkili Mixail Zabelin, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, professor İmamverdi Həmidov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Mefodiy, Alban-Udi Xristian icmasının sədri Robert Mobili sözügedən biblioqrafik nəşri yüksək qiymətləndirərək illər sonra da bu nəşrin elmi işçilərə, mütəxəssislərə, istənilən oxucuya “Multikulturalizm ili”ndə görülən işlərlə tanış olmaqda, bu mövzuları yaxından öyrənməkdə kömək edəcəyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

