/ / Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə işçi müşavirəsi keçirilib
Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə işçi müşavirəsi keçirilib
26.05.2017 [09:57]
Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər ölkəmizdə dövlət qayğısı sayəsində elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması istiqamətlərində mühüm işlər görüldüyünü söyləyib.
Akademik A.Əlizadə bildirib ki, Azərbaycanın elm ictimaiyyəti qlobal çağırışlara cavab vermək, ərzaq təhlükəsizliyini təmin etmək üçün səfərbər edilib, alimlərimiz təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması sahəsində tədqiqat işlərini intensivləşdirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyətindən danışan akademik parkın mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaratdığını bildirib.
Diqqətə çatdırılıb ki, burada sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələrinin icrası, eləcə də ideya müəlliflərinin təklifləri əsasında hazırlanan innovasiya yönümlü layihələrin istehsalata transferi mümkündür. İcra ediləcək layihələr ixracyönümlü və idxal əvəzləyici meyarlar əsasında seçilməklə bərabər, təmiz enerji və sağlam rəqabət prinsiplərinə uyğun olacaqdır.
Fövqəladə hallar naziri K.Heydərov tədbirin əhəmiyyətini qeyd edib, elmin inkişafının xalqımızın Ulu öndəri Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun tərkib hissələrindən biri olduğunu bildirib. Nazirlik tərəfindən həyata keçirilən layihələr, beynəlxalq, regional və ölkədaxili təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir alimlərimizin ixtiralarının ölkənin iqtisadi inkişafı, o cümlədən fövqəladə hallarla daha səmərəli mübarizə və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri amil olduğunu, AMEA və FHN arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Müşavirədə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Azərbaycanda müasir texnologiyalarla innovativ yönümlü tədqiqatlar və perspektivlər”, akademik Vaqif Abbasov “Köpük əmələgətirici “Naftapen”, “AZOFOS” və boy maddələri”, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə “Faydalı mikroorqanizmlər vasitəsi ilə üzvi və üzvi mineral gübrələrin istehsalı”, AMEA-nın Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov “Sənaye və sürtkü yağlarının istehsalı” mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda FHN-nin məsul əməkdaşlarının və AMEA-nın nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

