Qaranquşlar Cocuq Mərcanlıda yuva qurur
13.06.2017 [09:49]
Prezidentin Sərəncamı ilə qısa müddətdə bərpa olunmuş Cocuq Mərcanlı kəndi sakinlərini qarşılamağa hazırlaşır
Avtomobilimiz yeni çəkilmiş asfalt yolla şütüyür. Üz tutduğumuz ünvan bütün Azərbaycanın diqqət mərkəzində olan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndidir. Bu, bizim Cocuq Mərcanlıya ilk səfərimiz deyil. Azərbaycan Ordusunun 2016-cı ilin uğurlu aprel döyüşlərindən sonra kənddə aparılan geniş quruculuq işləri AZƏRTAC tərəfindən mütəmadi işıqlandırılıb. Azğın düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı gözlərimiz önündə qısa bir zamanda bərpa olunaraq ikinci həyatına qovuşur. Bu, Qarabağa “Böyük qayıdış”ın ilk müjdəsidir.
Yolboyu uzanan taxıl zəmiləri və Lələtəpədə dalğalanan Azərbaycan bayrağı
Yolun kənarında həyat rəmzi olan sap-sarı taxıl zəmiləri uzanır. Digər tərəfdə isə sıralanan yüksəkliklər - üzərində üçrəngli bayrağımız ucalan Lələtəpə yenicə həyata dönmüş Cocuq Mərcanlını sanki ana kimi bağrına basır.
Yeni salınmış qəsəbənin giriş qapısından Cocuq Mərcanlıya daxil oluruq. Böyük yol nişanı diqqətimizi ilk baxışda cəlb edir. Burada Cocuq Mərcanlıdan işğal altındakı torpaqlarımıza - Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Füzuliyə, Şuşaya, Xankəndinə qədər olan məsafə əksini tapıb. Qarşıda isə yeni qəsəbənin gözəl panoramı açılır.
Aldığımız məlumata görə, qəsəbədə aparılan tikinti işləri artıq yekunlaşıb. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən tikilən qəsəbədə 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Küçələrdə gecə işıqlandırma sistemi qurulub. Su, qaz, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Subartezian quyusu qazılıb. Qəsəbədaxili yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Həmçinin 35/10 kilovoltluq yeni yarımstansiya inşa edilib, komplekt transformator məntəqəsi, subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb, 0,4 kilovoltluq şəbəkə yaradılıb. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur.
Qəsəbə yolunda rastlaşdığımız bir neçə nəfərlə həmsöhbət oluruq. Onlardan biri Gülizar Səfixanova sevinc göz yaşları içində deyir: “24 ildir doğma kəndimdən ayrı düşmüşəm. Axır ki, bu ayrılığa son qoyulur. Qəsəbə hələ sakinlərinə təhvil verilməsə də dözə bilməyib, Bakıdan bura baş çəkməyə gəldik. Bilmirəm bu evlərdən hansı bizim olacaq. Fərq etməz, əsas olan doğma torpağa qayıdışdır. Bu sevinci bizə bəxş edən dövlətimiz, Prezidentimiz var olsun”.
80 yaşlı Minarə nənənin sevinci və arzusu
Cocuq Mərcanlıya hər səfərimizdə ötən illər ərzində kəndi tərk etməyən yeganə ailə - Həziyevlər ailəsinə baş çəkirik. Bu dəfə də ənənəmizə sadiq qaldıq. Ailə üzvləri bizi həmişəkindən daha yüksək əhval-ruhiyyə ilə qarşıladılar.
Kəndin bərpası hamı kimi, ailənin ağbirçəyi - 80 yaşlı Minarə nənənin də böyük sevincinə səbəb olub: “23 ildən çoxdur burada tək yaşayırıq. Həmişə arzu edirdim ki, camaatımız, qonum-qonşumuz geri qayıtsın. Şükürlər olsun Allaha, arzuma çatdım. Tezliklə kəndimizin toy-büsatlı, xoş günləri yenidən başlayacaq. Bir də ki, bu yaşımda kəndimizdə azan səslənəcəyi günü səbirsizliklə gözləyirəm. Qəsəbəni qurub yaradanlara, məscidi tikənlərə Allahdan cansağlığı arzulayıram”.
Cocuq Mərcanlı kənd məktəbi 96 şagirdi qoynuna alacaq
Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlıda 96 şagird yerlik məktəb binası da inşa edilib. Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend quraşdırılıb. Dəhlizdə 2016-cı ilin aprel döyüşlərini, Cocuq Mərcanlının bərpadan əvvəlki və sonrakı görüntülərini, xarici jurnalistlərin və diplomatik nümayəndəliklərin kəndə səfərlərini əks etdirən fotolardan ibarət stendlər yer alıb. Məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Həyətdə voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıq salınıb.
Cocuq Mərcanlı kənd sakini Siyasət Məmişova yeni dərs ilində qəsəbədə inşa edilən məktəbdə müəllim işləyəcək. Siyasət müəllimə sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyir: “Qəsəbədə yaraşıqlı evlər, müasir məktəb binası inşa edilib. Mənim payıma isə ikiqat sevinc düşür. Çünki qəsəbədə həm evlə təmin olunacam, həm də müasir, gözəl məktəbdə dərs deyəcəm. Uzun illərdən sonra kəndimizin uşaqları nəhayət öz məktəbimizdə təhsil alacaqlar”.
Səkkizinci sinif şagirdi Azad Mirzəliyev qonşu kənddə - Füzulinin Qazaxlar kəndində yaşayır. O, ata yurdu olan Cocuq Mərcanlıya hər gün baş çəkir, yeni məktəbə gedəcəyi günü səbirsizliklə gözləyir. Deyir ki, doğma kəndin bərpa olunmasına çox sevinir. Bura köçəcəkləri, kənd uşaqları ilə bir məktəbdə oxuyacağı günün həsrətindədir.
Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri üç aydan da tez tikilib
Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də inşa edilib. Bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır: Azərbaycanın İslam dünyasının bir parçası olduğunu, tarixi keçmişinə sadiqliyini nümayiş etdirir. Biz Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini yaratdıq. Gün gələcək, Şuşa da işğaldan azad olunacaq, Şuşa məscidi də bərpa ediləcək.
Ərazisi 50 sot olan məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Bu barədə məlumat verən iş icraçısı İsmayıl Ağabəyov bildirir ki, məscidin inşası qısa vaxtda və yüksək keyfiyyətlə başa çatdırılıb: “Eşidəndə ki, Cocuq Mərcanlıya tikintidə çalışmağa gedirik, briqadamızın üzvləri çox sevindilər. İnşaat işlərinə martın 22-də başladıq. Hamı böyük ruh yüksəkliyi ilə işlədi və tikintini vaxtında tamamladıq. Ən böyük arzumuz odur ki, bütün torpaqlarımız azad edilsin, Ağdamda, Şuşada və digər şəhər və kəndlərimizdə məscidləri bərpa edək”.
Cocuq Mərcanlının ilk taxılı və qaranquş yuvaları
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması təmas xəttinə yaxın ərazilərdə yüzlərlə hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradıb.
İndi Cocuq Mərcanlı sakinləri kəndin ətraf ərazilərində təhlükəsiz şəraitdə əkin-biçinlə məşğul ola bilirlər. Biz Cocuq Mərcanlıda olanda kənd sakini Arif Həziyev becərdiyi taxılı biçirdi. “Əvvəllər bu ərazilər çox təhlükəli idi. Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra artıq təsərrüfatda rahat işləyə bilirik. Gördüyünüz kimi, ötən ilin payızında əkdiyimiz arpanı biçirik. Məhsulumuz boldur”, - deyə A.Həziyev bildirir.
Cocuq Mərcanlıdan geri dönərkən evlərdən birinin eyvanındakı divarda yuvasına qonmuş qaranquş gördük. Bunu təsadüf yox, qanunauyğunluq hesab etdik. Qaranquşun gəlişi həyat əlaməti, qarşıdakı xoş günlərin müjdəsidir.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28

