/ / “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə xüsusi mükafatlar təqdim etdi
“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə xüsusi mükafatlar təqdim etdi
14.08.2017 [10:12]
“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. 10 avqust 2017-ci il tarixdə modern.az saytı ilə birgə təşkil edilən, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 15 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edildi.
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.
“Bu böyük uğura imza atmış gənclərimizi “Nar” adından təbrik etmək bizi çox fərəhləndirir. Məhz göstərdikləri yüksək əzmkarlıq və çalışqanlıq kimi təqdirəlayiq xüsusiyyətlər sayəsində gənclərimiz bu nailiyyəti əldə ediblər. İnanıram ki, bu uğur digər gənclərimiz üçün əla bir stimul olacaq və gələcəkdə onların böyük uğurlara imza atmalarını şərtləndirəcək”, - deyə Əziz Axundov sözlərinə əlavə edib.
Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görmüşdür. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

