/ / Bakıda “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda seminar keçirilib
Bakıda “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda seminar keçirilib
12.09.2017 [10:10]
Sentyabrın 11-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini İlyas Əliyev tədbirdə çıxış edərək bildirib ki, Dayanıqlı İnkişaf Proqramı dünyanın 193 ölkəsini əhatə edir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə fəaliyyətə onların və əlaqədar hədəflərin milliləşdirilməsindən və ölkənin inkişaf gündəliyinə daxil edilməsindən başlanılıb. Azərbaycanda DİM-lərin və onlara uyğun olaraq müəyyənləşdirilmiş hədəf və göstəricilərin milliləşdirilməsi və ölkənin inkişaf gündəliyinə daxil edilməsi məqsədilə işçi qrupları və tərəfdaşlarla birgə hazırda ölkəmizdə qüvvədə olan strategiyalar, proqramlar və digər siyasət sənədləri nəzərdən keçirilir və boşluqların aradan qaldırılması üçün planlar hazırlanır.
“2030 Gündəliyi”nin milli və yerli səviyyələrdə yer alması və inkişafı üçün milli, regional və yerli planlara, müvafiq olaraq büdcə ayrımlarına inteqrə edilməsi nəzərdə tutulur. Azərbaycanda DİM-lərin inkişaf gündəliyinə daxil edilməsi və milliləşdirilməsi işini tamamlamaq, o cümlədən bu istiqamətdə hazırlanmış sənədlərin layihələrini və müvafiq fəaliyyət planlarını müzakirə edib ümumi razılığa gəlmək və təsdiqləmək üçün bütün maraqlı tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli bir forum keçirilməsi də planlaşdırılır. BMT-nin ölkəmizdəki nümayəndəliyi bu tədbirin təşkilinə dəstək göstərmək niyyətini bildirib.
Qeyd edilib ki, Azərbaycan Həmkarlar İttifaqları əhalinin məşğulluğuna dair məsələləri daim diqqət mərkəzində saxlayır, dövlət məşğulluq siyasətinin işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir. Bundan başqa, işçilərin əmək hüquqlarının qorunmasını təmin edir, onların kütləvi şəkildə ixtisarlarının qarşısını alır, mövcud iş yerlərinin qorunub saxlanılmasına çalışır.
Sonra “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda təqdimat olub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

