Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans işə başlayıb
10.10.2017 [10:04]
Oktyabrın 9-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikası Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), həmçinin Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirə Şərqi Avropa, Balkan regionu və Mərkəzi Asiya ölkələrinin hüquq mühafizə orqanlarının 50-dək əməkdaşı, beynəlxalq ekspertlər, BPA-nın rəsmi şəxsləri, həmçinin Azərbaycanın hüquq mühafizə orqanlarının nümayəndələri qatılıblar.
Konfransın açılış mərasimində BPA-nın baş katibi, eyni zamanda, Assosiasiyanın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) rəhbəri və Niderland Krallığının “Eurojust”da təmsilçisi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes iştirak ediblər.
Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sürətlə qloballaşan dünyada kibercinayətkarlıq probleminin xüsusi aktuallığı və ona qarşı dövlət orqanları tərəfindən aparılan mübarizənin vacibliyi barədə ətraflı məlumat verərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərə qarşı mübarizənin ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanda korrupsiya, çirkli pulların yuyulması və kibercinayətkarlıq da daxil olmaqla cinayətkarlığın bütün təzahürlərinə qarşı Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə barışmaz mübarizə aparılır. Azərbaycan Respublikasının 2010-cu ildən Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşularaq bu beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində sistemli inzibati və normativ tədbirlər gördüyünü vurğulayan K.Əliyev diqqətə çatdırıb ki, həyata keçirilmiş hüquqi və institusional islahatlar nəticəsində ölkəmizdə ən müasir beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırılıb. Baş İdarə rəisi dövlətimizin başçısının 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın bu istiqamətdə fəaliyyətin uğurla davam etdirilməsi üçün mühüm siyasi hüquqi sənəd olduğunu xüsusu vurğulayıb.
K.Əliyev Azərbaycanın hüquq mühafizə orqanları ilə BPA arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqda ətraflı məlumat verib.
Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, BPA-nın baş katibi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxışlarında kibercinayətkarlığa qarşı mübarizə işində dövlət orqanları və beynəlxalq təşkilatların fəaliyyətlərinin səmərəli əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasının, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasının, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılmasının, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda, həmçinin kibercinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığının artırılması və səmərəliliyin təmin edilməsində keçiriləcək təlimlərin əhəmiyyəti qeyd olunub.
Açılış çıxışlarından sonra konfrans işini sessiyalarla davam etdirib.
Oktyabrın 11-dək davam edəcək konfransda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də işçi qruplar çərçivəsində praktiki məsələlərin həlli nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20

