Jurnalistlər "Azərsun Holdinq"ə məxsus Yağ fabrikini ziyarət etdilər
11.10.2017 [17:21]
Ölkənin aparıcı KİV nümayəndələri üçün mütəmadi olaraq media turlar təşkil edən "Azərsun Holdinq" bu dəfə media mənsublarını Yağ fabrikinə dəvət edib. "Azərsun Sənaye Parkı"nda yerləşən Yağ fabrikində qonaq olan jurnalistlərə əvvəlcə "Azərsun Sənaye Parkı" barədə məlumat verilib, burada Yağ fabrikindən başqa, həmçinin Kağızın Təkrar Emalı müəssisəsinin də yerləşdiyi bildirilib.
Daha sonra KİV nümayəndələrini qarşılayan Bakı Qida və Yağ fabrikinin müdiri Şahəddin İbrahimov illik istehsal həcmi 270 min ton olan müəssisə barədə qısa məlumat verib və onları fabrikin bitki yağlarının istehsal edildiyi sahəyə dəvət edib. Əvvəlcə qarğıdalı yağının istehsalını müşahidə edən media mənsublarına müəssisənin ən müasir avadanlıqlarla təchiz edildiyi bildirilib. Bundan sonra jurnalistlərə zeytun yağlarının istehsal prosesi nümayiş etdirilib və istehsal xəttində olan "Zeytun bağları" markasının tam olaraq Abşeron rayonu ərazisindən toplanan yerli zeytundan hazırlandığı qeyd edilib. Bitki yağları ilə bağlı jurnalistlərin suallarını cavablandıran duru yağların istehsalı sahəsinin müdiri Hüseyn Qocamanov daxil olan şikayətlərlə bağlı suala cavab verərkən ən çox rastlaşılan problemin bəzi mağazalarda saxlanma şəraitinin tələblərə cavab vermədiyi olduğunu bildirib. O, bu məsələyə evlərdə istehlakçılar tərəfindən də ciddi riayət olunmadığını söyləyib və duru bitki yağlarının tələb olunan şəraitdə saxlanılmadıqda keyfiyyətini itirdiyini deyib.
Bitki yağlarının istehsal prosesi ilə tanışlıq bitdikdən sonra jurnalistlər kərə və spred yağlarının istehsal edildiyi sahəyə keçiblər. Onların kərə yağlarının istehsalı ilə bağlı suallarını cavablandıran mütəxəssislər bu məhsulun Yeni Zellandiyadan idxal edildiyini deyiblər və "Azərsun Holdinq"in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdiyi bildirilib. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib. Jurnalistlərin kərə yağının xammal tələbatını daxili istehsal hesabına təmin etmək barədə sualına cavab verən "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bunun çox baha başa gəldiyini söyləyib. O, Yeni Zellandiyanın iqlim şəraitinin daha münbit olduğunu və süd məhsullarının yağlılıq dərəcəsinin əksər dünya ölkələrindən qat-qat çox olduğunu bildirib. Bunun nəticəsi olaraq həmin ölkədə kərə yağının əldə olunması digər ölkələrdən dəfələrlə ucuz başa gəlir. "Azərsun Holdinq" tərəfindən keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiq edilmiş kərə yağları idxal edilərək tərkibinə heç bir dəyişiklik edilmədən müxtəlif çəkilərdə qablaşdırılaraq "Best Cow", "Wellington" markaları ilə istehlakçılara təklif edildiyi bildirilib.
İstehsal sahəsi ilə tanışlıqdan sonra jurnalistlərə rafinasiya sahəsi nümayiş etdirilib və müəssisəyə daxil olan xammalın müasir avadanlıqlarla təchiz edilmiş bu sahədə zəruri yoxlamalardan keçərək yad maddələrdən təmizləndiyi qeyd edilib. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə Yağ fabrikində də "Azərsun Holdinq"in digər müəssisələrində olduğu kimi, keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi, gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi bildirilib. Bundan başqa, laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğu qeyd edilib.
Laboratoriya ilə tanışlıq bitdikdən sonra jurnalistləri maraqlandıran suallara "Azərsun Holdinq"in Araşdırma və Təkmilləşdirilmə direktorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev cavab verib. O, ilk olaraq insan orqanizminin həm bitki, həm kərə yağına ehtiyac duyduğunu və bunlardan birindən imtinanın və ya aşırı istifadənin insan sağlamlığı üçün zərərli olduğunu bildirib. Jurnalistlərin palma yağı barədə sualını cavablandıran mütəxəssis bu mövzuda çoxlu sayda miflərin formalaşdığını deyib. Tural Babayev dünyanın ən məşhur markalarının belə bu məhsuldan istifadə etdiyini və dünyanın əksər ölkələrində palma yağından istifadəyə heç bir məhdudiyyətin tətbiq edilmədiyini bildirib. Mütəxəssis bu yağın təbii halda bərk formada olmasının da ona əlavə üstünlüklər qazandırdığını qeyd edib. Digər bitki yağları duru formada olduğu üçün onların bərkləşdirilməsi bəzən kimyəvi müdaxilə nəticəsində mümkün olur ki, bu da yağın tərkibində insan sağlamlığı üçün olduqca zərərli transyağların əmələ gəlməsinə səbəb olur. Tural Babayev "Azərsun Holdinq" tərəfindən istehsal olunan heç bir yağın tərkibində transyağların olmadığını bildirib və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyini qeyd edib.
Qeyd edək ki, "Azərsun Sənaye Parkı"nda 2014-cü ildə istismara verilmiş Yağ fabrikində məhsullar insan əli dəymədən tam avtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir. Müəssisənin istehsal həcmi isə ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

