Yevlaxda kənd təsərrüfatı məhsulları istehsalında 1,9 faiz artım qeydə alınıb
19.10.2017 [10:20]
Bu ilin doqquz ayında Yevlax rayonunda ümumi məhsul istehsalının həcmi 482,2 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 85 milyon manat və yaxud 21,4 faiz çoxdur. Ümumi məhsul buraxılışının 7,4 milyon manatını sənaye, 60 milyon manatını kənd təsərrüfatı, 54,2 milyon manatını tikinti təşkil edib. Adambaşına 3794,7 manat ÜDM istehsal edilib ki, bu da 2016-cı ilin doqquz ayına nisbətən 649,7 manat və yaxud 20,7 faiz çoxdur. İlin doqquz ayında 1146-sı daimi olmaqla, 1721 iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2017-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Yığıncaqda bildirilib ki, hesabat dövründə tikinti, quruculuq və abadlıq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Cari ildə İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin binası, Salahlı-Balçılı-Ağqırax-Varvara-Cırdaxan-Yevlax şəhərinə giriş kəndlərarası avtomobil yolu, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir-Aran qəsəbəsi hissəsi istifadəyə verilib. Varvara balıqartırma və yetişdirmə zavodu, Varvara su elektrik stansiyası yenidən qurulub. Aşağı Qarxun və Nemətabad kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir edilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin binasının, dəmir yol körpüsünün, Aran qəsəbəsində ailə sağlamlıq mərkəzinin və pambıq qəbulu məntəqəsinin tikintisi aparılır.
Diqqətə çatdırılıb ki, ilin doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilib. 2168 hektarda pambıq əkilib, 5585 kiloqram barama təhvil verilib. 2016-cı ilin doqquz ayı ilə müqayisədə 8,1 ton ət, 209 ton süd, 0,2 ton çox yun istehsal olunub.
Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə rayon ərazisində 313 kilometr suvarma kanalı lildən təmizlənib, 14 nasos stansiyası, 3000 metr beton kanallar, nasos stansiyalarına xidmət edən təzyiqli boru kəmərləri təmir edilib. Bundan başqa, rayonun 12 kəndində 28 min hektar sahədə meliorasiya işlərinə başlanılıb.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət sahələrində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

