Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gülnisə Həsənova: Bakıya qayıtdıqdan sonra əldə etdiyim məlumatları dostlarımla bölüşəcəyəm

Gülnisə Həsənova: Bakıya qayıtdıqdan sonra əldə etdiyim məlumatları dostlarımla bölüşəcəyəm

15.11.2017 [10:11]

İlk dəfədir maarifləndirici tur-aksiyada iştirak edirəm. Lənkəran, Astara və Masallı rayonlarında gördüklərimiz bizi heyran etdi. Ölkəmizin cənub bölgəsinin təbiəti, insanların qonaqpərvərliyi, milli mətbəxi, tarixi məkanları məndə zəngin təəssürat yaradıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində cənub bölgəsinə səyahət edən Bakının Yasamal rayonundakı 150 nömrəli tam orta məktəbin X sinif şagirdi Gülnisə Həsənova bildirib.
“Biz ölkəmizin cənub bölgəsinin tarixi və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda da iştirak etdik. Bakıya qayıtdıqdan sonra əldə etdiyim məlumatları dostlarımla bölüşəcəyəm”, - deyə Yasamal məktəblisi qeyd edib.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31