Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ucar məktəblisi: Vətənimizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur

Ucar məktəblisi: Vətənimizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur

15.11.2017 [10:11]

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyada iştirak edən Ucar şəhərindəki 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Orxan Cəlilov AZƏRTAC-a müsahibəsində layihənin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihədə iştirak etmək hər bir gəncin arzusudur. Vətənimizin dilbər guşələri ilə tanışlıq biz məktəblilərin ürəyincədir. Bu layihə sayəsində ölkəmizin qədim tarixi, mədəniyyəti, məşhur memarlıq abidələri haqqında biliklərimizi daha da möhkəmləndirir, eyni zamanda, rayonlarda gedən sürətli inkişafın canlı şahidi oluruq”.
Tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasına, zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan Ucar məktəblisi deyib: “Hər bir gənc Azərbaycanın tarixini dərindən öyrənməlidir. Bir var kitabdan oxuyasan, bir də var öz gözlərinlə görəsən. Bütün ölkə gəncləri kimi, biz Ucar məktəbliləri də böyük əhəmiyyəti olan bu tur-aksiyaya görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31