Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
21.11.2017 [09:54]
Koreya Respublikasının paytaxtı Seulda Asiya İnkişaf Bankının, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Korrupsiyaya qarşı Mübarizə Təşəbbüsü üzrə 9-cu regional konfransı keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Asiya-Sakit Okean regionunda korrupsiyaya qarşı mübarizə mədəniyyətinin artırılması” mövzusunda keçirilən konfransda 31 ölkədən 350 nümayəndə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə orqanlarının və qeyri-hökumət təşkilatlarının, habelə nüfuzlu beynəlxalq qurumların rəhbər vəzifəli şəxsləri iştirak edib.
Azərbaycanı bu tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov təmsil edib.
Konfransın açılışında Koreya Respublikasının Baş naziri Li Nak-yon və digər ali hökumət nümayəndələri çıxış ediblər.
Tədbirdə Asiya-Sakit Okean regionunda korrupsiyaya qarşı mübarizə strategiyalarının inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və mövcud çətinliklər, yüksək korrupsiya riskli sektorlarda bütövlük və antikorrupsiya mədəniyyətinin təşviqi, həmçinin proseslərdə vətəndaş cəmiyyətinin rolunun artırılması məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində təşkil olunan “dəyirmi masa”da çıxış edən H.Məmmədov korrupsiyaya qarşı mübarizə, korrupsiya cinayətlərinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər haqqında sessiya iştirakçılarına ətraflı məlumat verib. O, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son dövrlər ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi kimi əldə edilən nailiyyətləri xüsusi vurğulayıb, iştirakçıların suallarını cavablandırıb.
Tədbirin sonunda iştirakçılara təqdim edilən, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri əks etdirən jurnal, broşür və bukletlər böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

