Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
13.12.2017 [10:44]
Dekabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Elman Nəsirov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev bütün həyatını Vətənimizin inkişafına həsr edib. Ulu öndərin sovetlər hakimiyyəti dövründə respublikamızın dirçəlişi istiqamətində gördüyü işlərdən danışan V.İmanov qeyd edib ki, həmin dövrlərdə görülən işlər Azərbaycanı müstəqilliyə doğru aparırdı. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ağır çətinliklərlə üz-üzə qalmışdı. Ulu öndər 1993-cü ilin iyun ayında ölkənin ağır günündə xalqın təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını Öz üzərinə götürən böyük şəxsiyyət Bakıya gələrək bütün çətinlikləri dəf etdi.
“Ulu öndər Azərbaycanı çox sevirdi və böyük azərbaycançılıq ideyasını belə ifadə edirdi: “Hər bir millət öz milli mənsubiyyəti ilə qürur duyur. Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu ifadə Onun əməllərində də özünü daim göstərirdi. Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək”, - deyən rayon İcra Hakimiyyətinin başçısı bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini vurğulayıb. Bu gün respublikamızın bütün bölgələrinin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini deyən V.İmanov dövlət başçısının diqqət və qayğısı nəticəsində Pirallahı rayonunda da böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib və bildirib ki, Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. “Bu xətti əzmlə irəli aparan isə Ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi Prezident İlham Əliyevdir”, - deyən E.Nəsirov söyləyib ki, müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü yüksək qiymət Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. “Azərbaycanın parlaq sabahı da bu siyasətə bağlıdır. Azərbaycanın hazırkı inkişafı məhz Qurtuluş Günü ilə başlayıb. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir”, - deyə E.Nəsirov vurğulayıb.
Daha sonra məktəblilərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə həmçinin Ümummilli liderimizin ruhuna dualar oxunub, ehsan verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

