“Səksəni, doxsanı keçibdir yaşım...”
14.12.2017 [09:54]
Aşıq Ələsgər muzeyinin yaradıcısı Hüseyn Həsənovun 90 yaşı tamam olur
Məlumdur ki, Azərbaycanda ustad Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunub. Eyni zamanda, 1997-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib və dövlət başçısının Sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib. Qeyd edək ki, təkcə dövlət səviyyəsində deyil, sadə insanlar tərəfindən də Aşıq Ələsgərin zəngin irsi yaşadılır. Belə insanlardan biri də sadə peşə adamı Hüseyn Hacıqulu oğlu Həsənovdur. Bu gün isə Hüseyn Həsənovun 90 yaşı tamam olur.
Məlumat üçün qeyd edək ki, Hüseyn Həsənov 1927-ci ildə dekabrın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olub. Aşıqlar dünyasının sultanı hesab olunan Aşıq Ələsgərin zəngin irsini yaşadan sadə peşə adamı özünün şəxsi evində - Nərimanov rayonu, Atatürk prospekti 37, mənzil 75-də Aşıq Ələsgər muzeyi yaradıb. Bir sözlə, 5 otaqlı evinin 4 otağını muzey edib.
Beləliklə, göründüyü kimi, Hüseyn kişinin həyatı və fəaliyyəti bilavasitə Dədə Ələsgərin irsinin yaşadılması ilə bağlıdır. Aşıq Ələsgərlə babası Məşədi Həsənin çox yaxın dost olduğunu deyən H.Həsənovun sözlərinə görə, sürücülüklə məşğul olduğu müddətdə rayonlara səfər edərkən Aşıq Ələsgərlə bağlı məlumatlar toplayıb: “1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya gələn, yaşayıb-yaradan, xalqımızın fəxri olan Aşıq Ələsgərin muzeyinin yaradılması ideyası məndə elə sürücülük etdiyim ilk vaxtlardan yarandı. Bu səbəbdən də, rayonlara səfər edərkən aşıqları ziyarət edirdim, soraqlaşa-soraqlaşa Aşıq Ələsgərlə bağlı nə məlumat əldə edirdimsə, həmin məlumatları, əşyaları, onun haqqında yazılan şeirləri, kitabları, digər maddi nümunələri toplayıb evimə gətirirdim. 1988-ci ildə Qərbi Azərbaycandan bütün soydaşlarımız məcburiyyət qarşısında doğma yurdumuzu tərk etdilər. Aşıq Ələsgər yurdu olan Göyçə mahalı da mənfur ermənilərə qaldı. Belə olan halda onun adına nəsə yaratmağa qərar verdim. Dədə Ələsgər demiş, “Səksəni, doxsanı keçibdir yaşım...”. Beləcə, mən də 90 yaşı haqladım, 100-ə doğru yol gedirəm. Hər kəsə bu hissi yaşamağı arzu edirəm”.
Məlumat üçün bildirək ki, 2002-ci ildən yaradılan muzeydə Aşıq Ələsgərə məxsus olan saz, xrom çəkmə və bel kəməri saxlanılır. Muzeydə həmçinin 3000 eksponat, 1500 aşığımızın fotoşəkli, 900 val, şair-aşıqların 500 kitabı, həmçinin 4 ədəd bahalı qrammofon, 3 patefon, lent yazıları, kasetlər və s. qorunur.
Muzeyin yaradıcısı bizimlə söhbətində deyib ki, bu muzey yaradılandan sonra onu ziyarət edənlər də çoxdur. Bunların arasında Azərbaycanın tanınmış elm adamları, ictimai xadimlər, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, xarici dövlətlərin Azərbaycandakı səfirləri də olub.
Hüseyn Həsənovu 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, Aşıq Ələsgər irsinin yaşadılması və təbliği istiqamətindəki fəaliyyətində uğurlar arzulayırıq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

