Milli Qəhrəman Əliyar Əliyevin xatirəsi anılıb
15.12.2017 [10:07]
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtdakı “28 May” Mədəniyyət Evində Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qubadlıdan 238 nəfər şəhid olub, 200-ə yaxını ağır yaralanıb. 300-dən artıq rayon sakini əlil olub, 100-dən çox insan itkin düşüb. On bir nəfər Milli Qəhrəman adına layiq görülüb.
Qeyd edilib ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlının Qəzyan kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda Əliyar könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub, düşmənlə mübarizədə igidliyi ilə fərqlənib. 1992-ci ildə mayor Əliyar Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Əminliklə bildirilib ki, yaxın gələcəkdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Milli Qəhrəmanın oğlu Emin Əliyev və döyüş yoldaşları şəhidlərimizin xatirəsinin daim əziz tutularaq diqqət mərkəzində saxlanıldığına görə dövlətimizin başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Qubadlı rayonunda da şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar. Dövlətimiz şəhid ailələrinin sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir.
Çıxışlardan sonra şəhidlərimizin xatirəsinə həsr edilmiş şeirlər səsləndirilib.
Tədbirdə respublikanın tanınmış incəsənət xadimləri vətənpərvərlik mahnıları ifa ediblər.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin 60 illik yubileyi münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabr və dekabr aylarında bir sıra silsilə tədbirlər, idman yarışları keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə respublika turniri, Hafiz Quliyev adına Çaytumas məktəb-liseyində uşaq və yeniyetmələr arasında şahmat yarışları və rayon ümumtəhsil məktəblərinin komandaları arasında atletika üzrə rayon birincilikləri bu səpkili tədbirlərdəndir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

