Əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı yerli və beynəlxalq təcrübə öyrənilir
20.12.2017 [09:59]
Bakıda “British Council” təşkilatının, “Bakcell” şirkətinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslər iş dünyasında” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər, işəgötürənlər, biznes şirkətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Konfransın əsas məqsədi biznes müəssisələrini və işəgötürənləri bir araya gətirərək iş dünyasında əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı yerli və beynəlxalq təcrübə barədə məlumatı bölüşməkdir.
Tədbirdə Birləşmiş Krallıqdan dəvət olunmuş ekspert mövzu üzrə beynəlxalq təcrübəyə dair məlumat verib.
“British Council”ın direktor müavini Nigar Baimova bildirib ki, “British Council” bütün dünyada bərabərliyi, müxtəlifliyi və inklüzivliyi təbliğ edən bir təşkilatdır və fəaliyyəti müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və hörmətə söykənən münasibətlərin yaradılmasına yönəlib. Təşkilatın məqsədi hər bir fəaliyyətində müxtəlifliyə dəyər verərək, bərabərliyi və inklüzivliyi təbliğ etməkdir. “British Council” Azərbaycanda inklüzivliyi təbliğ edən bir neçə layihə həyata keçirib.
“British Council” tərəfindən əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılmasına dair yeni proqrama start verilib. Proqram “BP-Azerbaijan” şirkəti tərəfindən dəstəklənir. Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlifyönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamətlər üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək. Ümumilikdə proqramdan faydalanmaq üçün 100 nəfər əlilliyi olan gəncin işlənib hazırlanmış meyarlar əsasında seçilərək bir il ərzində davam edəcək proqramda iştirakı nəzərdə tutulub. Proqram çərçivəsində gənclər ingilis dili, kompüter və sosial bacarıqlar ilə bağlı təşkil olunan təlim sessiyalarında iştirak edəcək.
Britaniya səfirliyinin nümayəndəsi Ceyms Holder bildirib ki, layihənin əsas məqsədi proqram iştirakçılarının öz potensialını və cəmiyyətdə oynayacağı rollarını gücləndirməkdir.
Tədbirdə çıxış edən “Bakcell” şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəhbəri Süheylə Cəfərova bildirib ki, bu layihə ilə şirkət əlillərin əmək bazarına inteqrasiyasına kiçik də olsa töhfə verəcək: “Şirkətin korporativ sosial məsuliyyətinin əsas prioritetlərindən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya olunması və onlar üçün bərabər imkanların təmin olunmasıdır. Bu hədəf auditoriyası arasında əlilliyi olan insanlar xüsusi paya malikdir. Biz 10 ilə yaxındır ki, bu istiqamətdə layihələr həyata keçiririk”.
Onun sözlərinə görə, “Bakcell” dövlət tərəfindən əlilliyi olan şəxslərin işlə təminatı ilə bağlı müəyyən olunmuş kvotanı tamamilə yerinə yetirib və bu göstərici hətta daha da artıq olub.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, əlillərin məşğulluğu vacib komponentdir və nazirlik də layihə çərçivəsində köməyini əsirgəməyəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

