Dövlət Komitəsinin sədri Cocuq Mərcanlıda qadınların fikir və təkliflərini dinləyib
22.12.2017 [10:17]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Sonra Cocuq Mərcanlı kənd tam orta məktəbində sakinlərlə, məktəbin müəllim və şagirdləri ilə görüş olub.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova Cocuq Mərcanlı kəndinin qadınları ilə keçirilən görüş zamanı onların problemləri ilə maraqlanıb, fikir və təkliflərini dinləyib. 2017-ci ildə ölkəmizdə baş verən yenilikləri, həyata keçirilən layihələri diqqətə çatdıran H.Hüseynova bunların içərisində ən mühüm hadisənin Cocuq Mərcanlı kəndinin Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən qurulması və sakinlərin 24 ildən sonra öz doğma yurdlarına dönməsi olduğunu bildirib. Qeyd edib ki, Cocuq Mərcanlının yenidən qurulması və məcburi köçkünlərin öz kəndlərinə qayıtması bütün dünyaya bir mesajdır.
Hicran Hüseynova 2018-ci ildə Cocuq Mərcanlıda qadınların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək məqsədilə bir sıra layihələrin həyata keçirilməsinin, həmçinin Qadın Resurs Mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu bildirib və kənd qadınlarını fəal olmağa çağırıb.
Görüş çərçivəsində qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğu və digər mövzular ətrafında müzakirələr aparılıb.
Cocuq Mərcanlı kənd tam orta məktəbində təşkil edilən Yeni il şənliyi zamanı uşaqlara hədiyyələr verilib. Komitə tərəfindən həmçinin Cocuq Mərcanlıda yaşayan ailələrə ərzaq yardımı edilib.
Qonaqlar kənddə aparılan quruculuq işləri ilə tanış olub, Şuşa məscidinin bənzəri olan məsciddə şəhidlərin ruhuna dua oxuyublar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

