Dünya Azərbaycanlılarının Həmrəylik Günü Səbail rayonunda qeyd edilib
23.12.2017 [09:47]
Beynəlxalq Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ədəbi-musiqili tədbir keçirilib.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin təmsilçiləri, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Səbail gənclərinin ötən il dekabrın 24-də təşkil etdikləri “İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa”nın yekunlarına uyğun olaraq çap edilmiş “İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə” adlı kitabın təqdimatı olub.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Ona görə də dövlətimizin başçısının siyasətini öyrənib təbliğ etmək vacib məsələdir.
“Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir, Azərbaycanımızın gələcək inkişafına, tərəqqisinə təminat verir. Ona görə də gənclər tərəfindən dövlətimizin başçısının fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunan məqalələrin toplandığı bu kitabın nəşri təqdirəlayiqdir”, - deyə E.Əzizov əlavə edib.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan konsertdə Azərbaycanın tanınmış incəsənət xadimlərindən Xalq artistləri Murad Hüseynov, Gülyaz Məmmədova, Əməkdar artistlər Rəşad İlyasov, Zakir Əliyev, populyar müğənnilər Nadir Qafarzadə, Aynur İsgəndərli, Emiliya Yaqubova, Rövşən Əziz, Ayşən Mehdiyeva, Samir Piriyev, Sərxan Bünyadzadə və başqaları çıxış ediblər.
Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyev doğum günü münasibətilə təbrik edilib, dövlətimizin başçısına möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanımızın tərəqqisi və inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

