Azərbaycanlı alimə Birləşmiş Oksford Akademiyasının fəxri professoru diplomu təqdim edilib
27.12.2017 [10:02]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, texnika elmləri doktoru, professor Fəqan Əliyev Birləşmiş Oksford Akademiyasının fəxri professoru adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Oksford sarayında liderlərin sammiti keçirilib. Tədbirdə elm, biznes iqtisadiyyat və tibb adamlarına fəxri adlar verilib. İki min nəfərin arasından seçilən qaliblərdən biri də professor F.Əliyevdir. Londona, Birləşmiş Oksford Akademiyasına dəvət olunan azərbaycanlı alimə fəxri professor diplomu təqdim edilib.
Professor F.Əliyev Rusiya Dövlət Memarlıq və İnşaat Elmləri Akademiyasının üzvüdür. Azərbaycan, rus və ingilis dilində çoxlu sayda kitab və elmi məqalənin müəllifi olan F.Əliyev Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti kimi respublikamızda 25 il ərzində 14 konqres və konfransın təşkilatçısı və sədri olub. Müxtəlif ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində, Amerika, Rusiya və Yaponiyada beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
Alim hazırda AzMİU-da çalışır. Rusiya Memarlıq və İnşaat Akademiyasının, Beynəlxalq “AVOK” Assosiasiyasının üzvü, İslam Azad Universitetinin fəxri professoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının müşaviridir.
Professor F.Əliyev Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Finlandiya, Danimarka, İran, Pakistan, Rusiya və MDB ölkələrində keçirilən beynəlxalq elmi forumlarda iştirak edib və mühazirələr oxuyub. Azərbaycanlı və xarici alimlərin iştirakı ilə “Enerji, ekologiya, iqtisadiyyat” mövzusunda on Beynəlxalq Bakı Konqresi keçirilib və bu forumların ingilis dilində nəşr olunan 15 cildlik materiallarının baş redaktorluğunu F.Əliyev edib.
F.Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya və Rusiyada nəşr olunan çoxlu sayda sənədlərin, ixtiraların, dərsliklərin və monoqrafiyaların müəllifi, “Enerji, ekologiya, iqtisadiyyat” və “Kainat” elmi-populyar jurnallarının, “Ekoenergetika” elmi jurnalının təsisçisi və baş redaktoru, eyni zamanda, “Biomedicine” jurnalı redaksiya heyətinin üzvüdür.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

