Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub
06.01.2018 [10:45]
Yanvarın 5-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Füzuli rayonunun Horadiz şəhərində oftalmoloji aksiya keçirib.
“Biz hazırda 1993-cü ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalan və Azərbaycan Milli Ordusunun 1994-cü il yanvarın 5-də keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilən bir məkandayıq. Bu tarixi gün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə, Horadizlə bağlı qələbə imzası Ulu öndərə məxsusdur. Ümummilli liderin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu gün Ulu öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən Horadizdə böyük quruculuq işləri həyata keçirilib və keçirilməkdədir. Düşmən tərəfindən dağıdılan şəhər bu gün özünün inkişaf dövrünü yaşayır”.
Bu sözləri AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib.
Tədbirdə çıxış edən Y.Abdiyeva deyib: “Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi üçün də bir tarixi gündür. Çünki Horadizin düşməndən azad olunma tarixini sizinlə birgə qeyd edirik. Bu bizim üçün çox qürurvericidir. Biz əminik ki, bayrağımız tezliklə Xankəndi, Şuşa, Laçın, Füzuli və digər işğal altında olan torpaqlarda dalğalanacaq. Çünki ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət də bunu deməyə əsas verir.
Göz insan orqanizminin çox zərif və həssas bir üzvüdür. Dünyanı, işıqlı həyatı gözlərimizlə görürük. Ətraf mühitdən məlumatların 90 faizini göz vasitəsilə alırıq. Gözümüzü qorumaq bizim ən ümdə borcumuzdur. Olduqca həssas olan göz bəzən xəstələnir, zəifləyir, bir çox hallarda isə gözəlliyini itirir. Çox vacib orqan olan gözlərin vaxtında müayinə və müalicə olunmadıqda həll olunması çətin problemlərə yol açır. Bəzən elə problemlər yaranır ki, onların müalicəsi mümkünsüz olur. Oftalmoloqlar bu gün korluğun, zəif görmənin və digər xəstəliklərin qarşısını almaq üçün əvvəlcədən bir sıra profilaktik tədbirlər görürlər ki, bu da sözsüz ki, öz səmərəsini verir. Odur ki, biz burda sizin gözlə bağlı problemlərinizi dinləməyə və həll etməyə gəlmişik.
Bizim mərkəz yalnız paytaxt Bakıda deyil, respublikanın bir çox şəhər və kəndlərində pasiyentlərə tibbi xidmət göstərir. Bu məqsədlə də Səyyar Klinikamız indiyədək, Tovuz, Gədəbəy, Xaçmaz kimi onlarla rayon və şəhərdə pasiyentlərə dəstək olub. Səyyar Klinikanın əməkdaşları yalnız müayinə və müalicələrlə kifayətlənmir, bəzən yerindəcə əməliyyatlar da aparılır. Düşünürəm ki, hər birimiz bu gün öz üzərimizə düşən işləri layiqincə yerinə yetirməliyik”.
Qeyd edək ki, Horadizdə keçirilən aksiya zamanı 180-dən çox vətəndaş müayinə edilib, 20 xəstənin gözləri əməliyyat olunub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının növbəti səfəri Cocuq Mərcanlı kəndinə planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

