/ / Fermer təsərrüfatı: Həm heyvandarlığı inkişaf etdirir, həm də bitkiçilikdə uğurlu nəticələr qazanır
Fermer təsərrüfatı: Həm heyvandarlığı inkişaf etdirir, həm də bitkiçilikdə uğurlu nəticələr qazanır
10.01.2018 [10:11]
Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin, aqrar sahənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, fermerlər təsərrüfatlarını ilbəil genişləndirir, həm heyvandarlıq, həm də bitkiçilik sahələrində uğurlu nəticələrə nail olurlar. Belə təsərrüfatlardan biri də Tərtər rayonunun Bəyimsarov kəndində fəaliyyət göstərir.
Təsərrüfatın idarəedicisi Tural İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, beş il əvvəl yaradılan təsərrüfat 200 hektara yaxın sahəni əhatə edir. Burada həm müxtəlif kənd təsərrüfatı bitkiləri becərilir, həm də heyvandarlıq inkişaf etdirilir.
Tikintisi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan 350 başlıq heyvandarlıq kompleksi ferma, sağımxana, yem, ot və su anbarları, silos quyusundan ibarətdir. Ferma avtomat sulama sistemi ilə təchiz edilib. Heyvanların yemlənməsi səyyar yemləmə aparatı ilə həyata keçirilir.
Hazırda kompleksdə Almaniyadan gətirilmiş 250 baş südlük istiqamətli “Holstein-friz” cinsli heyvan saxlanılır ki, onlardan da 180-i inək və düyələrdir. Hər gün 100 baş sağılan inəkdən aparatlar vasitəsilə 2500 litr süd sağılaraq emal müəssisələrinə verilir.
Kompleksdə inək və düyələr süni yolla mayalandırılır. 2017-ci ildə 160 baş sağlam cins buzov alınıb. Yeni doğulan dişi buzovlar yetişdirilərək, həm fermanın düyə ehtiyacını qarşılayır, həm də yerli təsərrüfatlara satılır ki, bu da onların cins damazlıq heyvanlarla təmin edilməsində mühüm rol oynayır. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir. Heyvandarlıq kompleksinin yem təminatı əsasən təsərrüfatda becərilən müxtəlif dənli və yem bitkilərinin hesabına ödənilir.
Bitkiçilik sahəsində də uğurlu nəticələrə nail olunan təsərrüfatda ötən il 40 hektarda pambıq, 35 hektarda taxıl, 100 hektarda dənlik qarğıdalı, 10 hektarda günəbaxan, 14 hektarda yonca becərilib, yüksək məhsuldarlıq əldə edilib. 2018-ci ilin bol məhsulunun əsası qoyulub, 40 hektarda taxıl səpini həyata keçirilib. Pambıq, qarğıdalı, günəbaxan əkiləcək sahələr şumlanıb. Təsərrüfatda Bəyimsarov kəndinin sakinləri olmaqla, 20 nəfər daimi işlə təmin olunub. Əkin-biçin mövsümündə isə 100 nəfərdən artıq kənd sakini mövsümi işlərə cəlb edilir.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun kiçik bir kəndində belə təsərrüfatın yaradılmasına dövlətin dəstəyi və insanların zəhmətsevərliyi sayəsində nail olunub. Fermer təsərrüfatının ilbəil daha da genişləndirilməsi isə məhsul bolluğuna səbəb olur, ölkəmizin ərzaq təhlükəsizliyinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

