Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Ordusunun şəxsi heyətinə məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

Azərbaycan Ordusunun şəxsi heyətinə məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

13.01.2018 [01:13]

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif təlim mərkəzlərində və çöl-səhra şəraitində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələr, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilir və hərbi qulluqçuların fiziki hazırlığının səviyyəsi yoxlanılır.
Hərbi qulluqçuların döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur. Həmçinin müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirilir.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31