20 Yanvar şəhidlərinin xatirəsi ürəklərdə yaşayır
19.01.2018 [10:17]
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları BDU-nun həyətindəki “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən bəhs edib. Bildirilib ki, o müdhiş gecədə günahsız insanların qanı axıdılıb, azadlıq və müstəqillik yolunda qəhrəman Vətən övladları canlarından keçiblər.
Qeyd olunub ki, 20 Yanvar tariximizin qanlı, həm də şanlı səhifəsidir.
20 Yanvar qırğınının imperiya rəhbərliyinin xalqımıza qarşı cinayətkar əməlləri olduğunu deyən rektor, bu hadisənin heç vaxt qan yaddaşımızdan silinməyəcəyini vurğulayıb.
Akademik A.Məhərrəmov 20 Yanvar hadisələri ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bəyanatla çıxış etdiyini və günahsız insanlara qarşı törədilən bu amansız qətliama qarşı kəskin etirazını bildirdiyini, cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Rektor qəsbkar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini bildirib.
Akademik Vasim Məmmədəliyev Qara Yanvarın dəhşətlərindən danışıb, şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu vurğulayıb.
Professor İzzət Rüstəmov 20 Yanvarda Vətən övladlarının azadlıq, müstəqillik uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs edib, bu hadisənin tariximizdə silinməz izlər qoyduğunu söyləyib.
Professor ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

