/ / KİVDF-nin Müəllif Hüquqları Agentliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
KİVDF-nin Müəllif Hüquqları Agentliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
27.01.2018 [10:39]
Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, müxtəlif nazirlik və komitələrin məsul vəzifəli əməkdaşları, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və mükafatlandırılan jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qonaqları salamlayaraq informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Agentliyin İdarə Heyətinin sədri bildirib ki, “biliklər cəmiyyəti” mərhələsi texnologiyaların sıçrayışı və əhəmiyyətli texnoloji dəyişikliklərlə müşayiət olunur. K.İmanov qeyd edib ki, rəqəmli eranın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdıraraq yeni davranış qaydası və tələblər irəli sürüb: “Üstəlik, rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90 faizi yalnız son 2 ildə yaradılmışdır. Bütün bunlar istər jurnalistikaya, istərsə də əqli mülkiyyət sahəsinə, müəllif hüququna böyük təsir göstərir”.
Kamran İmanov həmçinin vurğulayıb ki, Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlara imza atması, eləcə də qlobal reytinq göstəricilərinin yüksəlməsi əqli mülkiyyət və müəllif hüquqlarının qorunması sahəsinə də müsbət təsirini göstərir. Agentliyin İdarə Heyətinin sədri bunun nəticəsi olaraq respublikamızın Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstərici üzrə 4,8 bal toplamasını və dünyada 37-ci yerdə qərarlaşmasını mühüm uğur kimi qiymətləndirib: “Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyində möhkəmlənib. Cənab Prezident İlham Əliyevin ölkədə apardığı institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla bugünkü konfransda iştirak edir. Agentlik dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir”.
K.İmanov son illər ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə agentliyin maddi-texniki və qanunverici-institusional bazasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlardan, eləcə də qarşıda duran vəzifələrdən söz açaraq bu nailiyyətlərin ölkə ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin mühüm rolunu diqqətə çəkib. Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu deyən K.İmanov müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ildə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.
Azərbaycanda fikir, söz və mətbuat azadlıqlarının tam bərqərar olduğunu deyən Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda bəzi qərəzli dairələrə tutarlı cavab verdiyini bildirib: “Möhtərəm Prezidentimiz Davos İqtisadi Forumundakı dərin məzmunlu çıxışında haqlı olaraq bildirdi ki, Azərbaycanda fikir, söz və məlumat azadlıqları yüksək səviyyədə qorunur, əhalinin 80 faizi internetdən istifadə edir. İnternet azadlığının tam mövcud olduğu bir dövlətdə mətbuat azadlığının məhdudlaşdırıldığını iddia etmək tamamilə qərəzli və əsassızdır”.
Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor həmçinin bildirib ki, Müəllif Hüquqları Agentliyi ilə birgə keçirilmiş müsabiqə əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, xalqımıza məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən ictimaiyyətin bu sahədə maarifləndirilməsi və jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir.
Vüqar Səfərli müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların Fondun 3, Müəllif Hüquqları Agentliyinin 1 nəfər eksperti tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor ekspertlərin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. İcraçı direktor həmçinin agentliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən müsabiqədə iştirak edən, lakin yer tuta bilməyən media nümayəndələri üçün 100 manat məbləğində pul mükafatının nəzərdə tutulduğunu bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin Komitə sədri Siyavuş Novruzov müasir dövrdə əqli mülkiyyət və müəllif hüquqlarının qorunmasının Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, agentliyin son illər bu sahədə intensiv fəaliyyət göstərərək ermənilərin xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrini, musiqisini özününküləşdirmək cəhdlərini dünya miqyasında ifşa etdiyini bildirib. S.Novruzov Azərbaycanda söz və mətbuat azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu bildirərək jurnalistləri dövlətçilik maraqlarını əsas tutaraq ölkəmizə qarşı qərəzli mövqe tutan yerli və xarici qüvvələrlə mübarizədə fəal olmağa çağırıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov keçirilən birgə müsabiqənin jurnalistlərin əqli mülkiyyət hüquqlarının qorunması, onların bu sahədə maarifləndirilməsi baxımından vacibliyini diqqətə çəkib. Müsabiqədə qalib olmuş jurnalistləri təbrik edən Ə.Amaşov bildirib ki, keçirilən tədbir agentliklə media təmsilçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Tədbiri yekunlaşdıran Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov birgə müsabiqənin təşkilinə və media ilə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, mükafatçılar sırasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nurlan Qələndərli də var.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

