"Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri başa çatdı
03.09.2009 [01:28]
Prezident İlham Əliyevin növbəti Sərəncamı ilə 50 məktəb və 100 müəllim fərqləndirilib. 2008/2009-cu tədris ilində keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə müəllimlər 5000 (beş min) manat, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində ən yüksək bal toplayan məktəblər isə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.
Təhsili davamlı inkişafın əsas amillərindən sayan ölkə Prezidenti İlham Əliyev bu sahənin dünya standartlarına uyğunlaşdırılmasına, beynəlxalq təhsil sisteminə inteqrasiyasına və dünyanın qabaqcıl ölkələrindəki təhsil səviyyəsinə yüksəlməsinə çalışır. Bu cəhdlərin nəticəsidir ki, təhsil dövlətin humanitar sahədə həyata keçirdiyi siyasətin mərkəzində durur. Bu siyasətin əsas mahiyyəti isə ondan ibarətdir ki, təhsilin ayrı-ayrı sahələri deyil, bütövlükdə kompleks şəkildə inkişafı təmin edilsin.Təkcə onu göstərmək kifayətdir ki, təhsilin müxtəlif sahə və pillələrinin inkişafı üçün 15-dən artıq proqram işlənib hazırlanaraq qəbul edilib. Məhz bu proqramların həyata keçirilməsinin nəticəsində yeni məktəblər tikilir, mövcud olanlar təmir edilərək müasir standartlara cavab verən məktəblərə çevrilir. Hər bir məktəb müasir avadanlıqlarla təchiz edilir, kompyuterləşdirilir, yeni dərsliklər hazırlanır və şagirdlərə pulsuz paylanır. İldən-ilə təhsil işçilərinin əməkhaqqı artırılır. Prezident təhsillə bağlı tədbirlərə qatılır, məktəblərin açılışında və təməlqoyma mərasimlərində iştirak edir. Prezident atdığı addımları ilə bu sahədəki inkişafı stimullaşdırır. Müsabiqələrin təşkili və təhsil sahəsində çalışanlara yüksək məbləğdə mükafatların verilməsi də məhz bu inkişafa xidmət edir. Artıq ikinci ildir ki, tətbiq edilən mükafatlandırma təhsil ocaqlarını və bu sahədə çalışanları daha keyfiyyətli və peşəkarcasına çalışmağa sövq edir.
Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov hesab edir ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi məktəblərin inkişaf prosesinin sürətləndirilməsində əvəzsiz rol oynayır: “Prezidentin bu addımı ən yüksək qayğıdır. Müsabiqə müəllimlər və məktəblər arasında sağlam rəqabəti təmin edir. Məktəblər yarışır və yarışın qalibləri müəyyənləşir. Müxtəlif nominasiyalarda ən yüksək nəticə göstərənlər fərqləndirilir. 17 göstərici üzrə 3 mərhələdən keçən məktəblərin ümumi balları toplanır. Məsələn, bu mərhələlərdə məktəblərin və müəllimlərin fəallığı, iştirak etdiyi layihələr, şagirdlərin olimpiadalarda, beynəlxalq yarışlarda tutduqları yer, ali məktəblərə qəbul səviyyəsi nəzərə alınır. Sənədlərin ekspertizasından sonra məktəb direktorlarının 10 dəqiqəlik təqdimatı olur. Bu mərhələlərin sonunda reytinq cədvəli üzrə ən yüksək nəticə göstərən məktəblər 50-liyə salınır”.
Xatırladaq ki, 50 məktəb arasından 3-nü Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi müəyyənləşdirib.
Builki müsabiqənin də yekunları göstərib ki, keyfiyyət göstəricilərinə görə, Bakı məktəbləri yenə də öndədir. ölkə üzrə ən yüksək nəticəni “Ankara məktəbi” məktəb-liseyi, Bakı şəhəri Humanitar fənlər gimnaziyası, Bakı şəhəri “İstedad” Beynəlxalq Təhsil Kompleksi göstərib. Lakin bir sıra rayon məktəbləri də paytaxtdan geri qalmayıb. İsmayıllı rayonundan 3 məktəb müsabiqəyə qatılıb və hər 3 məktəb qaliblər sırasındadır. Sumqayıt şəhərindən də iştirak edən məktəblər yüksək nəticə göstərərək qaliblər sırasına düşüb.
Ə.Adıgözəlovun sözlərinə görə, müsabiqənin məktəblərin fəallığına təsiri iştirakçıların sayından da görünür: “ötən il müsabiqəyə 126 məktəb qatılmışdısa, bu il bu rəqəm 139 olub”.
Baş məsləhətçinin fikrincə, “Ən yaxşı müəllim” müsabiqəsi innovasiyalarla işləyən müəllimlərin yarışıdır və yenilikləri stimullaşdırır. 16 göstərici üzrə yüksək bal toplayan müəllimlər 100-lüyə daxil olur. Baş məsləhətçinin sözlərinə görə, istər iştirakçı müəllimlərin sayının artması, istərsə də şərtlərdə bəzi təkmilləşdirmənin aparılması müsabiqənin uğurundan xəbər verir: “ötən il 393 müəllim müsabiqəyə qatılmışdısa, bu il ən yaxşı müəllim olmaq istəyənlərin sayı 446 nəfərə çatıb. 8 müəllim sonradan fikrini dəyişib yarışı yarımçıq qoysa da, 209 nəfər sonadək mübarizə aparıb. 5 müəllim Naxçıvan Təhsil Nazirliyinin müəyyənləşdirdiyi kadr olmaqla, 100 müəllim seçilib. Hesab edirəm ki, kurikkulumun tətbiqi baxımından bu müsabiqə davamlı olmalıdır”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45

