Seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza mövcuddur
21.02.2018 [10:08]
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsi məqsədilə seçki hüququ üzrə ixtisaslaşdırılan üçgünlük kurslar davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisaslaşdırılmış kursların tədris cədvəlinə uyğun olaraq, fevralın 20-də 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının (DSK) üzvləri və dairənin əhatə etdiyi 63 məntəqə seçki komissiyasının sədrləri üçün məşğələ keçirilib.
Dairə seçki komissiyasının inzibati binasının iclas zalında təşkil olunan tədris məşğələsində rayon polis idarəsinin rəisi Şahin Mirzəyev “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, rayon məhkəməsinin sədri Etibar Hümbətov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbov “Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzularında məruzələrlə çıxış edib, sualları cavablandırıblar.
Vurğulanıb ki, ölkəmizdə seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində bu hüquqlar beynəlxalq normalara uyğun təsbit olunub.
Tədris məşğələsində seçkiqabağı dövrdə təşviqat tədbirləri iştirakçılarının təhlükəsizliyinin təmin olunması, seçicilərlə görüşlərin keçiriləcəyi yerlərdə ictimai asayişin qorunması, eləcə də seçki sənədlərinin daşınması və mühafizəsi barədə qanunvericiliyə uyğun tədbirlərdən danışılıb. Habelə hər hansı müraciətin operativ surətdə həlli istiqamətində qanunvericilikdə tələb olunan qaydalar geniş şərh edilib.
Məşğələ zamanı məntəqə sədrlərinə seçkilərə hazırlığın gedişi barədə ətraflı məlumat verilib, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi və sair qaydalar izah olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

