/ / Tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması istiqamətində tədbirlər keçirilib
Tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması istiqamətində tədbirlər keçirilib
02.03.2018 [09:59]
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ölkə vətəndaşlarının hüquqlarının qorunması, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, bu sahədə qanunvericiliyin tələblərinə dönmədən riayət olunmasının təmin edilməsi istiqamətində digər dövlət qurumları ilə əlaqəli şəkildə tədbirlər həyata keçirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş İdarədə araşdırılıb.
Aparılmış araşdırmalar nəticəsində 3 hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanıb. “İ.N.V.” MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.
Bununla yanaşı, araşdırmalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı digər prokuror təsir aktları da tətbiq edilib. Belə ki, 11 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması), 1 hüquqi şəxs barəsində isə həmin Məcəllənin 198.0.1-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə inzibati icraatın başlanması haqqında qərarlar qəbul olunub. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib, 12 halda fiziki şəxslərə və hüquqi şəxslərin rəhbərlərinə rəsmi xəbərdarlıq edilib. Yol verilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə Vergilər Nazirliyinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 11 təqdimat göndərilib. Hazırda 5 hüquqi və 2 fiziki şəxs barəsində araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı aşkarlanan faktlar üzrə əvvəllər əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanması təmin olunub.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

