Qaradağda seçkilər yüksək mütəşəkkillik və ictimai fəallıq şəraitində keçirilib
12.04.2018 [10:38]
Tam demokratik standartlara uyğun keçirilən seçkilərdə Qaradağ rayonunun əhalisi gələcəyinin etibarlı təminatına səs verib
Dünən ölkəmizdə növbəti prezident seçkiləri keçirilib. Seçicilərin məntəqələrə aktiv axını ilə müşahidə olunan prosesdə Azərbaycan xalqı qarşıdakı 7 ildə ölkəmizə rəhbərlik edəcək prezidenti seçib. Qeyd edək ki, yüksək seçici fəallığı Qaradağ rayonunda da müşahidə edilib. Qaradağ rayonu ərazisində iki - 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələri fəaliyyət göstərib. 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov deyib ki, dairə üzrə 49 min 956 nəfər seçici qeydiyyata alınıb. Müşahidəçilərə səsvermə prosesini izləmək üçün hər cür şərait yaradılıb. Məntəqələrdə 200 müşahidəçi səsvermə prosesini izləyib. Eyni zamanda, dairə üzrə 10 məntəqədə veb-kameralar quraşdırılıb.
12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə isə bildirib ki, bu dairə üzrə yaradılmış məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə olunmayıb. Sakinlər mütəşəkkil qaydada səsvermədə iştirak ediblər.
Baş çəkdiyimiz 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 2 saylı məntəqə seçki komissiyasının sədri Süleyman Şıxəliyev bildirib ki, məntəqə üzrə seçicilərin fəallığı qənaətbəxşdir. O deyib ki, bütün müşahidəçilərin seçki prosesini izləyə bilməsi üçün hər cür şərait yaradılıb.
Sözügedən məntəqədə seçkiləri müşahidə edən Vera Şirinova deyib ki, heç bir qanun pozuntusu qeydə alınmayıb: “Seçki prosesi qanun çərçivəsində davam edir. Vətəndaşlar fəallıq nümayiş etdirirlər. Hər şey seçki qanunvericiliyinə uyğun keçirilir”.
Seçkilərin gedişatından, yaradılan demokratik şəraitdən razılığını ifadə edən seçici Könül Əhmədova qeyd edib ki, layiqli namizədə səs verib: “Ölkəmizdə davamlı inkişaf və sabitlik naminə cənab İlham Əliyevə səs vermişəm”.
Dairənin 11 saylı məntəqə seçki komissiyasının sədri Xanımgül Hüseynova da məntəqədə səsvermənin təşkili üçün hər cür şəraitin yaradıldığını, seçicilərin fəallığının yüksək olduğunu bildirib.
Bu məntəqədə müşahidə aparan Zübeydə Cəfərova səsvermə prosesinə saat 8-dən yüksək əhval-ruhiyyə ilə başlandığını deyib: “Bütün qayda-qanuna nəzarət olunur. Hər hansı bir şikayət daxil olmayıb. Səsvermə azad və şəffaf keçirilir”.
Azərbaycan Demokrat Partiyasından olan müşahidəçi Sənubər Həsənova da heç bir qayda pozuntusunun qeydə alınmadığını, seçici fəallığının qənaətbəxş olduğunu bildirib.
Yeri gəlmişkən, Qaradağ rayon sakinləri də onlar üçün yaradılan şəraitdən tam razı qaldıqlarını dilə gətirərək, əsl bayram əhval-ruhiyyəsində olduqlarını deyiblər. Seçici Cavanşir Eyvazov qeyd edib ki, insanlar öz seçimlərini azad şəkildə ifadə edə bilirlər: “Onsuz da bizim seçimimiz əvvəldən bəlli idi. İnanıram ki, cənab İlham Əliyev yenidən ölkə başçısı seçiləcək”.
11 saylı Qaradağ seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Atakişi Cəfərov məntəqədə səsvermə prosesinin saat 8-dən yüksək əhval-ruhiyyə ilə başlandığını deyib: “Hər kəs könüllü şəkildə seçkidə iştirak edərək öz namizədinə səs verir. Seçki prosesi şəffaf şəkildə və qanun çərçivəsində həyata keçirilir”.
Bu məntəqədə müşahidəçi kimi seçki prosesini izləyən Ayaz Kərimov söyləyib ki, məntəqəyə seçicilərin gəlişi günün elə ilk saatlarından müşahidə olunub: “Məntəqə açılandan buradayam. Seçki prosesi normal keçir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Demokratiklik təmin olunub. Əhalinin fəallığı yüksəkdir”.
Müşahidəçi qismində seçki prosesini izləyən YAP-ın üzvü Şaiq Quliyev bildirib ki, elə ilk saatlardan vətəndaşların fəallığı müşahidə olunub. Onun sözlərinə görə, heç bir qayda pozuntusu qeydə alınmayıb.
Rəyini soruşduğumuz seçicilərin əksəriyyəti də sərbəst şəkildə seçimlərini etdiklərini və istədikləri namizədə səs verdiklərini deyiblər. “İnanıram ki, cənab İlham Əliyev yenidən prezident seçiləcək və ölkəmizdə davamlı inkişaf, möhkəm sabitlik qorunacaq”, - deyə seçici Sima Heydərova bildirib.
Seçici Qənirə Abdullayeva Prezident İlham Əliyevə səs verdiyini qeyd edib: “Çünki Onun dövlətimizi idarə etməsi, 15 ildə əldə olunan nailiyyətlər bir vətəndaş olaraq məni qane edir. İstəyirəm ki, gələcək 7 ildə də ölkəmizə cənab İlham Əliyev rəhbərlik etsin”.
Azad Rzazadə isə bu seçkilərdə ilk dəfə olaraq səs verən seçicilərdən biridir. O, müstəqil dövlətimizin vətəndaşı olaraq səsvermədə iştirak etməyin onda həm böyük qürur, həm də böyük həyəcan hissi yaşatdığını bildirib. Başqa bir seçici Natalya Məmmədova seçki prosesinin şəffaf və demokratik, azad keçirildiyini müşahidə etdiyini diqqətə çatdırıb.
8 saylı məntəqə seçki komissiyasının sədri Ağakişi Ağayev də proses zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini deyib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

