/ / Günhan Hüseynli: Azərbaycan vətəndaşlarının birmənalı seçimini təmin edən ən başlıca amillərdən biri ölkəmizdəki siyasi sabitlik və həmrəylik mühitidir
Günhan Hüseynli: Azərbaycan vətəndaşlarının birmənalı seçimini təmin edən ən başlıca amillərdən biri ölkəmizdəki siyasi sabitlik və həmrəylik mühitidir
26.04.2018 [09:11]
“Dünya siyasətində adını qızıl hərflərlə yazdıran Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizin dinamik inkişafı, gələcəyimizin qarantı, güclü dövlət paradiqmaları ilə həmahəngdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev səmərəli fəaliyyətinə və xalqın həyatında oynadığı böyük rola görə liderliyini təsdiqləyən şəxsiyyət kimi dünyada qəbul edilir. Azərbaycan xalqı indiyədək 2003, 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkilərində daxili inamına söykənərək Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib və siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə edib. Bu tarixi seçimlər həm də belə bir həqiqəti təsdiq edir ki, Azərbaycanın dövlət müstəqilliyinin qarantı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir. Hələ 2016-cı ildə Bakıda keçirilən beynəlxalq tədbirlərin birində dövlətimizin başçısı deyib: “Biz istəyirik ki, Azərbaycanda inkişaf daha da sürətlə getsin. İstəyirik ki, bölgədə sabitlik möhkəmlənsin”. Prezident İlham Əliyev dünyada cərəyan edən hadisələrə həssas yanaşaraq bildirirdi: “Bu gün dünyada baş verən hadisələr, təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdurmalar, ziddiyyətlər, toqquşmalar baş verir. Əlbəttə ki, bu, arzu olunan mənzərə deyil. Biz isə çalışırıq ki, bölgəmizdə sabitlik olsun. Ancaq ölkələr sabitlik şəraitində inkişaf edə bilər. Ancaq ölkələrə sabitlik şəraitində investisiya qoyula bilər. Ancaq sabitlik şəraitində xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər. Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün maraqlı ola bilər”. Bu fikirləri Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli deyib.
G.Hüseynli bildirib ki, ötən 15 ildə Azərbaycan vətəndaşlarının birmənalı seçimini təmin edən ən başlıca amillərdən biri də ölkəmizdəki siyasi sabitlik və həmrəylik mühitidir. Onun sözlərinə görə, bu illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması Prezident İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğundan xəbər verir.
“İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini insan kapitalı təşkil edir və iqtisadi artımda intellektual əmək üstün çəkiyə malikdir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilərək icra olunan bir sıra strategiya, Dövlət proqramları və konsepsiyalarda da öz əksini tapıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda elm və təhsilin inkişafı prioritet məsələlər kimi önə çəkilib. Təbii ki, arxada qalan illərdə biz gənclər Prezident İlham Əliyevin dediyi hər kəlmənin real mənzərəsini gördük və görürük. Biz dövlətimizin başçısının sözlərinin fonunda dünənimizi, bu günümüzü və sabahımızı görürük. Bundan sonra da Azərbaycan gəncləri olaraq cənab İlham Əliyevlə atacağımız hər addım bizim yolumuzu aydınlığa aparacaq”, - deyə G.Hüseynli vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

