“Bakcell” inklüziv idmanı təşviq edir
01.05.2018 [09:11]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” (100FM) ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində önəmli rol oynayan inklüziv idmandan söz açılacaq.
Qeyd edək ki, bu il sentyabrın 24-dən 28-nə kimi Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumu keçiriləcək. Əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət və dəyərin nümayişi olacaq bu Forum 30 ölkədən 300-ə yaxın gənc və orta yaş nümayəndəsini bir araya gətirəcək. Həmçinin bu yaxınlarda Azərbaycan Xüsusi Olimpiya Təşkilatı və BMT-nin Əhali Fondu arasında Bakı-Abşeron yarımadası ərazisində inklüziv qız idmanını inkişaf etdirmək üçün saziş imzalanıb.
Beləliklə, bu həftə “ASAN Radio”nun qonaqları - BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fərhad Hacıyev və Azərbaycan Xüsusi Olimpiya Təşkilatının milli direktoru Şahin Əliyev yuxarıda qeyd olunan tədbir və sazişin mahiyyəti və məqsədləri, habelə inklüziv idman sahəsində həyata keçirilən fəaliyyətlər və onların dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əhəmiyyətini müzakirə edəcəklər.
Veriliş “ASAN Radio”da (100FM) 30 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedib. Verilişin təkrarı 2 may (saat 11:05-də) və 4 may (saat 14:05-də) tarixlərində yayımlanacaq.
Xatırladaq ki, “Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Dayanıqlı İnkişaf məqsədləri yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda, ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Özünün “Bakcell” Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Bakcell” şirkəti uşaqlar, o cümlədən də əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Dəstəklənən layihələrin biri “Bakcell” şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən etibarən həyata keçirilən “TOPs Proqramı - Şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” model layihəsi olub. Bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləmək idi. TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanmışdır. Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23.000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanıb. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

