Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Bağçada futbol” pilot layihəsinə start verilib

“Bağçada futbol” pilot layihəsinə start verilib

15.05.2018 [09:04]

AFFA-nın təşkilatçılığı ilə Xəzər rayonunun Zirə qəsəbəsindəki 213, Türkan qəsəbəsindəki 214, Nizami rayonundakı 59 saylı uşaq baxçalarında 3-5 yaşlı uşaqlar üçün “Bağçada futbol” pilot layihəsinə start verilib. Layihənin həyata keçirilməsində məqsəd uşaqlar arasında futbol oynuna maraq, kütləviliyə nail olmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Tədbirlərdə AFFA-nın nümayəndələri Cahangir Həsənzadə, Kifayət Mustafayeva, Uşaq-Gənclər Futbol Federasiyasının nümayəndəsi Kərim Ağayev, futbol üzrə Azərbaycan milli komandasının üzvləri Ruslan Abışov və Emin Mahmudov iştirak ediblər. Qeyd olunan uşaq bağçaları AFFA tərəfindən idman geyimləri və ləvazimatları, eləcə də kateqoriyalı təlimçilərlə təmin olunublar.
Pilot layihənin nəticələrinə əsasən gələcəkdə bu layihə bütün uşaq baxçalarında tətbiq olunacaq.

Paylaş:
Baxılıb: 406 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31