/ / Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
25.05.2018 [09:22]
Mayın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Bildirib ki, bu sərəncamlar ölkə başçısının Azərbaycan dövlətçiliyi ənənələrinə və tarixinə verdiyi qiymətdir. R.Həsənov qeyd edib ki, Ulu öndər Heydər Əliyev hər zaman AXC tarixinin araşdırılmasının vacibliyini vurğulayırdı. AXC cəmi 23 ay mövcud olsa da, Azərbaycanın dövlət quruculuğu sahəsində, mədəniyyət, təhsil, ordu quruculuğu, ictimai sabitlik və digər sahələrdə əvəzolunmaz xidmətlər göstərib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib ki, AXC dövrü qısa tarixi dövrü əhatə etsə də, Azərbaycan tarixinin ən ağrılı, mürəkkəb, eyni zamanda, ən şərəfli dövrlərindən birini təşkil edir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahəyə diqqət artırıldı. 1998-ci ildə Cümhuriyyətin 80 illiyi ilə bağlı Sərəncam imzalandı. O dövrdən başlayaraq Azərbaycanda bu sahənin araşdırılmasına diqqət daha da artırıldı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həm ölkəmizdə, həm də ölkəmizdən kənarda AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi önəm daşıyır.
Milli Məclisin deputatı Elmira Axundova Cümhuriyyətlə bağlı çox kitabların ərsəyə gəldiyini deyib. Bildirib ki, həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edən nəşrlər çoxdur. AXC nəinki özü 23 il yaşadı, həm də o, bizləri yaşatdı. Yəni, indiki respublikamızın müstəqilliyinə zəmin yaratdı. Bu, tariximizin maraqlı bir cəhətidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması bu gün tarixi bir hadisədir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin taleyinə nəzər salarkən indiki respublikamızla əlaqədar çox paralellər görürük. Biz tarixin necə təkrarlandığının şahidi oluruq. 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi tarixi var.
Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın XIX əsrin sonu, XX əsrin əvvəlində neft bumu yaşadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycana təkcə Rusiyadan deyil, həmçinin Avropadan mühəndislər, həkimlər, müəllimlər gəlirdi. Bütün bunlar Azərbaycanda demokratiyanın, azad ideyaların formalaşması üçün şərait yaradırdı. Təsadüfi deyil ki, Rusiya imperiyasının parlamentinə birinci və ikinci çağırışlarda Azərbaycan nümayəndələri seçilmişdir, türk qrupunun rəhbəri isə Əlimərdan Topçubaşov olub. AXC-nin ən vacib xidmətlərindən isə parlament ənənələrinin əsasının qoyulmasıdır. Biz demokratik ölkədə yaşayırıq. Burada müxtəlif millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitdə yaşayırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, BBMM-in müşaviri Aytən Qəhrəman, Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi Həcər Verdiyeva, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekker və başqaları 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu söyləyiblər. Bildirilib ki, AXC-nin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Həmin tarix hər il Respublika Günü kimi təntənə ilə qeyd edilir. Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, o cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. AXC Azərbaycan xalqının qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

