/ / Məşğulluq siyasəti və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələləri müzakirə olunub
Məşğulluq siyasəti və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələləri müzakirə olunub
26.05.2018 [07:36]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirləri və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair müşavirə keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin və onun yerli orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur və milli iqtisadiyyatın dayanıqlı inkişafı şəraitində ötən dövrdə bu sahədə mühüm irəliləyişlər əldə olunub. Məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artmalıdır. Ölkəmizdə əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır və məşğulluq orqanlarının fəaliyyəti də həmin dinamikaya uyğun qurulmalıdır.
Məşğulluq orqanlarının fəaliyyətinin nəticələrinin, o cümlədən işsiz və işaxtaran kimi qeydə alınanların məşğulluğunun təmin edilməsi göstəricilərinin qənaətbəxş olmadığını qeyd edən nazir bildirib ki, Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və s. vacib vəzifələrdəndir. Müşavirədə qeyd olunub ki, hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır.
Nazir bu və digər müvafiq istiqamətlər üzrə hədəflərə nail olunması məqsədilə təkliflərin hazırlanması üçün nazirlikdə İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, ünvanlılığının təmin edilməsi və həmin tədbirlərin əlaqələndirilməsi mexanizminin, bacarıqların inkişafı sisteminin yaradılması, qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilən səriştələrin tanınması sisteminin formalaşdırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edilməlidir.
Müşavirədə dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramının təkcə məşğulluq xidmətinin deyil, ümumən işsizlik və yoxsulluğa qarşı səmərəli proqram olduğu göstərilib. Ona görə də proqramın şəffaf və səmərəli icrası, onun əhatə edəcəyi aztəminatlı ailələrin sayının bu il 7 min nəfərə çatdırılması və gələcək illərdə isə daha da artırılmasının qarşıda duran vacib vəzifələrdən biri olduğu qeyd edilib. İlk növbədə, ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunmasına diqqət yetirilməlidir.
Peşə hazırlığının təşkili işlərindən bəhs edən nazir bu sahədə işlərin gücləndirilməli olduğunu vurğulayıb: “İşsiz və işaxtaranların bir çox hallarda peşə hazırlığı kurslarına cəlb olunmaq üçün uzun müddət gözləmələri onlarda narazılıq yaradır və belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda, işlə təmin edilmək üçün müraciət edənlərə qayğı və həssaslıqla yanaşılmalı, edilən müraciətlərin müsbət həlli üçün işəgötürənlərlə əməkdaşlıq müstəvisində səylər artırılmalıdır. Digər tərəfdən, məşğulluq xidmətləri, o cümlədən işsizlik sığortası ilə bağlı geniş maarifləndirmə və izahat işlərinin aparılmasına xüsusi diqqət yetirilməlidir. Hər bir Məşğulluq Mərkəzinin binasında bununla bağlı vətəndaşlar üçün maarifləndirici lövhələr olmalıdır”, - deyə nazir bildirib.
Nazir sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün kvota üzrə iş yerlərinin ayrılması sisteminin təkmilləşdirilməsinin, məşğulluq sahəsində vahid elektron məlumat bazasının, əmək bazarına dair monitorinq və proqnozlaşdırma sisteminin qurulmasının və s. vacib vəzifələrdən olduğunu, bununla əlaqədar konkret təkliflərin hazırlanacağını bildirib. Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, rayon (şəhər) Məşğulluq Mərkəzləri də fəaliyyət zamanı qarşılaşdıqları problemlər, çətinliklər barədə nazirliyə məlumatlar və aktiv məşğulluq tədbirlərinin səmərəli təşkili ilə əlaqədar təkliflər versinlər.
Müşavirə zamanı məşğulluq orqanlarının fəaliyyətinin nəticələri ətraflı təhlil edilib, nöqsan və çatışmazlıqlar qeyd olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

