/ / Milli Onkologiya Mərkəzi ilə Liverpul və Vyana Tibb universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Milli Onkologiya Mərkəzi ilə Liverpul və Vyana Tibb universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb
26.05.2018 [07:42]
Mayın 25-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Böyük Britaniyanın “Liverpool University Hospital”, “University College Hospital”, Avstriyanın Vyana Tibb Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi olub. Memorandum imzalanmamışdan əvvəl əcnəbi qonaqlar Mərkəzin Nüvə Təbabəti Mərkəzi, Radionuklid Diaqnostika və Şüa Terapiyası şöbələrində olub, diaqnostika aparatları, müayinə üsulları, müalicə proseslərinin gedişi ilə yaxından tanış olublar.
AZƏRTAC xəbər verir ki, memorandum Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, “Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini, professor Sobhan Vinjamuri və Avstriyanın Vyana Tibb Universitetinin onkoloji elmi araşdırmalar laboratoriyasının rəsmi nümayəndələri, professorlar Markus Mitterhauser və Volfqanq Vadsak arasında imzalanıb.
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev ölkəmizdə onkologiya sahəsində əldə olunan uğurlar, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlər barədə məlumat verib, mərkəzin kliniki fəaliyyəti, elmi araşdırmalar, diaqnostika və müalicələrdə tətbiq edilən ən müasir elmi yeniliklər barədə danışıb. O, onkoloji müalicə müəssisəsində xəstələrə göstərilən tibbi yardımın səviyyəsinin ildən-ilə yüksəldiyini bildirib, tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsi, müasir texnologiyaların daha qısa müddətdə ölkəmizə gətirilməsi və onun tətbiqi barədə məlumat verib, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılacağına və son nəticədə xəstələrə göstərilən onkoloji yardımın səviyyəsində irəliləyişə nail olunacağına inamını ifadə edib.
Qonaqlar Milli Onkologiya Mərkəzinin ayrı-ayrı şöbələrində aparılan elmi tədqiqatları təhlil edərək görülən işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, ölkəmizdəki onkoloji müalicə müəssisəsinin dünyanın ən aparıcı klinikalarından biri kimi qəbul olunaraq onunla əməkdaşlıq edilməsi təqdirəlayiq hadisədir və bu, yeni perspektivlər vəd edir.
“Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini, Britaniya Nüvə Təbabəti Assosiasiyasının sədri, professor Sobhan Vinjamuri deyib: “Bu Mərkəzdə hər şey çox yüksək səviyyədədir. Ən müasir tibbi avadanlıqla təchiz olunan Mərkəz çox yüksək infrastruktura malikdir. Bu gün burada gördüklərimiz bizə ən yüksək dünya standartlarının nədən ibarət olduğunu nümayiş etdirdi. Doğrudan da çox müasir tələblərə cavab verən klinika yaratmağa nail olmusunuz. Biz dünyada bu sahədə ən müasir tələblərə cavab verən mərkəzləri seçib onlarla əməkdaşlıq edirik. Ümid edirəm ki, bizim elmi və təcrübi sahədə, eləcə də insan resursları ilə əlaqədar əməkdaşlığımız çox faydalı olacaq”.
İmzalanma mərasimi başa çatdıqdan sonra qonaqlar Mərkəzin muzeyi ilə tanış olublar.
Qeyd edək ki, mayın 26-da Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan 2-ci simpoziumu keçiriləcək və həmin tədbirdə qonaqlar da iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

