Seçenov Universitetinin Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
30.05.2018 [09:56]
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Universitetin Bakı filialından AZƏRTAC-a bildiriblər ki, tədbirdə filialın rektoru, professor Əziz Əliyev çıxış edərək, Cümhuriyyətin yaranma tarixindən və ölkənin sonrakı inkişafında onun mühüm rolundan danışıb. O bildirib ki, tələbələr Azərbaycanda - siyasi cəhətdən sabit ölkədə doğulduqlarına və yaşadıqlarına görə fəxr etməlidirlər. Şübhəsiz, bu, Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasına verdiyi böyük töhfənin nəticəsidir. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbir Seçenov Universitetinin Bakı filialının tələbələrinin təqdimatında maraqlı bədii proqramla davam edib. Onların ifasında tanınmış bəstəkarların əsərlərindən parçalar, məşhur şairlərin Azərbaycana həsr etdikləri şeirlər səsləndirilib. Qurban Səidin “Əli və Nino” romanından üçüncü kurs tələbələrinin hazırladıqları səhnəcik alqışlarla qarşılanıb.
Sonra tematik məruzə ilə çıxış edən Azərbaycan dili müəllimi, dosent Dürdanə Rəhimzadə iştirakçıları qarşıdan gələn bayram - Respublika Günü münasibətilə təbrik edib. Müsəlman dünyasında ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması iftixar hissi ilə qeyd olunub.
Tədbirin sonunda “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmin çəkilişləri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə həyata keçirilib. Ekran əsərində mühüm tarixi hadisə - Cümhuriyyətin şanlı və faciəli taleyindən uzun müddət ötdükdən sonra Azərbaycanın müstəqillik əldə etməsi qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22

