Tanınmış ictimai-siyasi xadim Samur Novruzovun 80 illik yubileyi qeyd olunub
26.06.2018 [09:53]
İyunun 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tanınmış ictimai-siyasi xadim, məşhur basketbolçu Samur Novruzovun anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, dövlət xadimləri, Milli Məclisin deputatları, yubilyarın dostları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Samur Novruzovun müstəqil Azərbaycan dövlətçiliyinin tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizdə xaos və anarxiyanın, hərc-mərcliyin mövcud olduğu vaxtlarda xalqın yeganə ümidinin təkcə Ulu öndər Heydər Əliyev olduğunu bəyan edərək onun Naxçıvandan Bakıya dəvət edilməsi üçün çalışan qabaqcıl ziyalılardan biri də məhz Samur Novruzov idi. Ümumiyyətlə, Samur Novruzov ömrünün sonunadək Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini dəstəkləyib, dövlətçiliyimizin möhkəmlənməsi yolunda Ulu öndərin ən fəal müdafiəçilərindən biri olub.
Samur Novruzovun ölkəmizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirən mədəniyyət naziri Əbülfəs Qarayev onun yüksək insani keyfiyyətlərindən danışaraq deyib: “Dəfələrdə Samur müəllim ilə görüşlərim olub. Bir çox hallarda onunla fikir mübadiləsi aparıb zəngin həyat təcrübəsindən yararlanmışam. O, Bədən Tərbiyəsi və İdman Akademiyasına rektor təyin olunduqdan sonra ali təhsil ocağında yaxşılığa doğru mühüm dəyişikliklər müşahidə olundu. Qətiyyətliliyi və dönməzliyi ilə seçilən Samur müəllimin rəhbərliyi altında ali təhsil müəssisəsində çoxlu sayda peşəkar kadr hazırlanıb.
Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Xarici Turizm Şurası ləğv olunaraq nazirliyin tabeliyinə verildi. Həmin vaxt Şuraya Samur Novruzov rəhbərlik edirdi. Mən düşündüm ki, Samur Novruzovsuz bu sahədə işləmək çətin olacaq. Həmişə onunla turizmin inkişafı haqqında müzakirələr aparırdım. Sevindirici haldır ki, hazırda qüvvədə olan “Turizm haqqında” Qanun hazırlanmasında Samur Novruzovun müstəsna xidmətləri olub”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Samur Novruzovla bağlı xatirlərindən danışaraq bildirib ki, o, daim mərdliyi ilə seçilib. Onun qəbul etdiyi düzgün qərarlar, atdığı addımlar həmişə ölkəmizin çiçəklənməsinə xidmət göstərib. Dostcanlı insan olan Samur müəllim həmişə yaxınlarının və dostlarının problemləri ilə maraqlanır, onlara kömək etməyə çalışırdı.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və parlamentin deputatı Ağacan Abiyev Samur Novruzovla bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən danışıblar.
Yubilyarın oğlu Namiq Novruzov atasının xatirəsinin yad olunmasına və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Sonda tədbir iştirakçılarına Samur Novruzovun həyat və yaradıcılığından bəhs edən “Şəxsiyyətin həyat hekayəsi” kitabı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20

